Qarabağ ətrafındakı ərazilərin “satın alınması” haqda – qalmaqallı danışığın yayılması
“Baqramyan 26” Telegram kanalı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanla Belarus lideri Alrksandr Lukaşenkonun 2016-cı il oktyabrın 14-də Yerevanda baş verən şəxsi söhbətinin səs yazısı yayılıb.
Həmin vaxt Ermənistan paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Səs yazısında iki ölkə prezidentləri Qarabağ ətrafındakı ərazilərin milyardlarla dollar əvəzində Azərbaycana təhvil verilməsi məsələsini müzakirə edirlər.
Belarus prezidenti deyib ki, Azərbaycan prezidenti Dağlıq Qarabağ ətrafındakı yeddi rayona görə Ermənistana beş milyard dollar verməyə hazırdır. Serj Sarqsyan buna cavab olaraq bildirir ki, o, Əliyevə bu ərazilərdən imtina etməsi üçün altı milyard dollar verməyə hazırdır.
Söhbət 90-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfinin nəzarətinə keçən və burada Dağlıq Qarabağın “təhlükəsizlik zolağı” adlandırılan rayonlardan gedir. 2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsinin nəticələrinə görə, bu rayonlar Azərbaycanın nəzarəti altına qayıdıb.
Eks-prezident Sarqsyanın ofisi “iclasın qapalı formatında” baş tutan bu danışığı şərh etməkdən imtina edib, amma səs yazısının həqiqiliyini təkzib etməyib
Prezidentlərin söhbətinin detalları
Aleksandr Lukaşenko təklif edir ki, Ermənistan və Belarusun daxil olduğu KTMT bloku Dağlıq Qarabağın təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürsün, əgər Serj Sarqsyan əraziləri Azərbaycana təhvil verməyə razılaşarsa:
“Məsələn, biz ora müəyyən sülhməramlı qüvvələr göndərməliyik”.
Bununla yanaşı Lukaşenko deyir ki, prezident Əliyev rayonları alandan sonra çətin müharibə başlatsın.
“Sənin mövqeyin zəifdir. Mən yeddi rayonu verməyəcəm, çünki sən sonra mənə qarşı müharibə edəcəksən. Bəlkə başlamadı?” – o, Sarqsyana deyir.
Ermənistan prezidenti cavab verir:
“Əlbəttə. Bəlkə başlamadı nə deməkdir? Bəlkə başladı? Aleksandr Qriqoryeviiç, niyə elə belə verək? Mən anlamıram”.
Serj Sarqsyan mövqeyini əsaslandırmaq üçün onu da deyir ki, “orada beş min erməni döyüşçünün qanı töküldüyü” üçün bu yeddi rayonu qaytara bilməz.
“Nə olsun? Bizdə 30 milyon həlak olub, amma biz almanlarda döyüşmürük”, – Lukaşenko ona etiraz edir.
Sarqsyan cavab verir:
“Sənin üçün “nə olsun”dursa… Bizdə daha az həlak olmayıb. Təkcə Belarus uğrunda 30 min [erməni] həlak olub”.
Bu yerdə səs yazısı kəsilir.
Tarixçə
Səs yazısının yayılması Ermənsitanda böyük rezonans doğurub, baxmayaraq ki, 2018-ci ildə Belarus prezidenti rusiyalı jurnalistlərlə söhbətində bu söhbətin artıq bəzi detallarını açıqlamışdı.
O zaman Lukaşenko bildirmişdi ki, Ermənistan və Azərbaycan prezidentlərini güzəştlərə razı olaraq öz aralarında razılığa gəlib, bu probelmi həll etməyə çağırıb, amma Sarqsyan Qarabağ ətrafındakı rayonları Azərbaycana verməkdən imtina edib:
“Sonra artıq açıq dedim: qulaq as, onların dediyi kimi yeddi rayon işğal edilib. Biz də Putinlə birləşdirici mövqe tutduq (bu, Yerevanda KTMT-də olub): Serj, bu beş rayonu ver. Onları qaytarmamağın səbəbi nədir, onsuz da boş qalıb? O deyir: əgər mən qaytarsan, onlar orda yolu kəsəcək, Qarabağı işğal edəcək və sairə. Biz də Putinlə qəti söz verdik ki, biz öz qounlarımızı yeridəcəyik və buna imkan verməyəcəyik (azərbaycanlıların yanında bunu danışırdıq). O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik”.
Serj Sarqsyanın ofisinin cavabı
Səs yazısı yayılandan bir gün sonra eks-prezident Serj Sarqsyanın ofisi bəyanat yayıb və bəyanatda deyilir:
“Üçüncü prezidentin ofisi səs yazısının dərc olunmasını fakt kimi qəbul edir və iclasın qapalı formatında aparılan danışıqların şərh edilməyə məqbul olmadığını nəzərə alaraq, necə ki, indiyə qədər belə olub, şərh vermək isdəmir”.