Daha bir azərbaycanlı müxalifətçi azadlıqdan məhrum edilib
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onu qanunsuz narkotik dövriyyəsində günahlandırıblar, o özü isə bunu siyasi təqib hesab edir. Azərbaycan Hüquq Müdafiəçilərinin İşçi Qrupu da bu fikirdədir və Baxışlını sentyabrın 1-də açıqlanan siyasi məhkumların siyahısına daxil edib.
Orxan Baxışlı mayın əvvəlində həbs olunub. İttiham tərəfi bildirir ki, onun üzərində 6 qram heroin aşkarlanıb. İş məhkəməyə çatandan sonra siyasi fəal tafərdarlarının zala buraxılmamağına etiraz əlaməti olaraq ifadə verməkdən imtina edib.
Contact saytı xəbər verir ki, həbsindən bir neçə gün öncə Orxan Baxışlı ölkə hakimiyyətini 2005-ci ildə öldürülən və qətlinin üstü indiyə qədər açılmayan tanınmış jurnalist Elmar Hüseynovun qətlində günahlandırıb. Həmkarlarının fikrincə, məhz buna görə, Baxışlı həbs edilib.
Azərbaycanda narkotik satışı ilə bağlı Bayram Məmmədov və Qiyas İbrahinov da daxil olmaqla bir neçə fəal həbsdədir.