Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandanı Samvel Babayan indi çirkli pulların yuyulmasında ittiham edilir.
Daha əvvəl Samvel Babayana qarşı qeyri-leqal silah daşınması ittihamıirəli sürülmüşdü, bu ittiham onun üzərindən artıq götürülüb.
Samvel Babayan martın 22-də Ermənistana qaçaq yolla “İqla” zenit raket kompleksi gətirməkdə iştirakda şübhəli bilinərək saxlanılıb. Samvel Babayan 235-ci maddə (qanunsuz olaraq silah, sursat, partlayıcı maddə və ya partlayıcı qurğu əldə etmək, satmaq, saxlamaq, daşımaq və ya üstündə gəzdirmək, əlbir olduğu şəxslərlə qrup halında törədiləndə) ilə ittiham olunurdu.
Samvel Babayan özünü nə ötən, nə də indiki ittihamda günahlı sayır. İş üzrə ibtidai istintaq sona çatıb. Müdafiə tərəfi istintaq orqanlarından işin materialları ilə tanış olmaq üçün 15 iş günü istəyib.
Babayanın tərəfdarları bildirirlər ki, bu, onun Ermənistanın siyasi prosesləri ilə bağlı olan siyasi təqibdir. 2017-ci il aprelin 2-də baş tutan parlament seçkilərində Babayan açıq şəkildə üç keçmiş nazir tərəfindən yaradılmış “Ohanyan-Raffi-Oskanyan” blokunu dəstəklədiyini bəyan etmişdi və səsvermə gününə iki gün qalmış saxlanılmışdı.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər