Abxaziyada yeni “Təbiətin gizli ruhunun ölkəsi” sənədli filmini müzakirə edirlər. Filmin müəllifləri olan Tengiz Tarba və Alan Vouba filmin üzərində bir neçə il çalışıblar və öz qarşılarına ancaq xüsusi alpinist hazırlığı olan insanların görə biləcəyi dağlıq Abxaziyanın gözəlliklərini göstərmək məqsədi qoyublar
Şəkildəkilər: sağda – Alan Vouba, solda – Tengiz Tarba
“Filmin mətnini hazırlayarkən, abxaz tarixçisi Şalva Denisoviç İnal-İpanın əsərlərinə saslanırdıq”, – Tarba deyir.
İnal-İpanın kitabından:
“Strabon Qara dənizin cənub-şərq sahilinin dağlıq ərazilərinin sakinləri barədə danışarkən, dağ sıldırımları ilə qalxmağın üsullarını təsvir edir: “Qışda dağ zirvələrinə qalxmaq mümkün deyil, yayda insanlar ayaqlarına dəmir şipli yaş öküz dərisindən hazırlanmış nağara kimi enli ayaqaltı bağlayaraq, bu zirvələrə qalxır; bunu qar və buz səbəbindən taxırlar”.
Altı il əvvəl Tengiz Tarba və Alan Vouba “Dağlıq Abxaziya” Fondu yaratdılar. İdeya çox sadə səslənirdi – dağlıq Abxaziyanı populyarlaşdırmaqla, onun təbiətini qorumağa kömək etmək. Fond ekspedisiyalar keçirir, buklet və təqvimlər buraxır, foro sərgilər təşkil edir və sənədli filmlər çəkir.
2015-ci ildən fond xüsusi, bütün Qafqaz üçün unikal olan “İlin fəsilləri” adlı layihə üzərində işləyir. İdeya ilin hər fəslində Abxaziyanın bütün dağlıq rayonlarına piyada, atlı və avtomobil səfərləri etməkdən ibarətdir.
Qrupun baş çəkdiyi yerlər siyahısında Aqura təbii mərzi, Qrıbza vadisi, Arbaika dağ massivi, Adüada gölü kimi çətin keçilən yerlər var.
Ən unikal dörd qış ekspedisiyası oldu, hər biri on gün sürüb. Komanda çətinliklə gedilə bilən dağlıq rayonlarında olub, həmin yerlərə əvvəllər vertolyotlarla gedirdilər. Orada qarın hündürlüyü on dörd metrə qədər çatırdı.
“Bu, ilk dəfəydi ki, dağlıq Abxaziyanın qış təbiətinin şəklini çəkib, dünyaya göstəriblər”, – Tengiz Tarba 2016-cı ilin noyabr ayında “İlin fəsilləri” foto sərgisinin açılışında deyir.
Fondun layihələri həm özəl kommersiya şirkətlərinin, həm də dövlət qurumlarının pulu hesabına həyata keçirilir. “Təbiətin gizli ruhunun ölkəsi” filminin çəkilişlərində Abxaziya prezidenti Raul Xadjimba dəstək verib, baş sponsor isə “Akvafon GSM” oldu.
Abxaziyada filmin premyerası 22 aprel 2017-ci il tarixində baş tutub.