Dağıstanda qadın çimərliyi: tarix və qalmaqal
Dağıstanda qadın çimərliyində qalmaqal
Rusiyanın tərkibindəki Dağıstan respublikasının paytaxtı Mahaçqalada qadın çimərliyindəki qalmaqal sosial şəbəkələrdə qızğın müzakirə olunur. İstifadəçilər çimərliyin özünü, ora gələn kişiləri və pis gözlərdən müdafiəsi olmayan həmin çimərliyə gələn qadınları qınayırlar. Qafqazda başqa qadın çimərlikləri varmı, bu problem dünyada necə həll olunur və bu, ancaq islamla bağlıdırmı – «Kavkazskiy uzel»in materialında bəhs olunur.
Mahaçqalada qalmaqal
2021-ci il iyulun əvvəlində Dağıstanın bir neçə Instagram-pabliklərində Mahaçqalada qadın çimərliyinin yanında kişilərin olması ilə bağlı şikayət yerləşdirilib.
“Ailəmizlə “Ada” qadın çimərliyinə gəldik, əmin idik ki, orada qadınlardan başqa heç kim yoxdur. Amma gördük ki, bu “kişilər” rahatca çimərliyə yaxınlaşıb, sadəcə qızları izləyirlər. Bütün bunları görəndən sonra biz yığışıb getdik. Video çəkdik ki, sizinlə bölüşək və bu vicdansız insanları göstərək”, – bu şikayətlərdə deyilir.
Kadrlardan görünür ki, qadınların çimdiyi dayazlığa motorlu qayıqla iki kişi gəlir. Qayıqlardan birinə bütün bədənini örtən paltarlı adam üzür (videonun keyfiyyəti bu adamın qadın, yoxsa kişi olduğunu dəqiq deməyə imkan vermir), qayığa dıırmaşaraq sərnişin yerində oturur, sonra isə suda qalan qıızlardan birinə əl yelləyir. O da cavabında əl yelləyir, sonra kişilər gedir.
- “Cigit obrazını sındırırlar”: Dağıstanda məktəbdə keçirilən bayrama görə qalmaqal davam edir
- “Biz ətəklərin uzunluğunun hayında deyilik”. Dress-kod Dağıstanda turizm mövsümünə mane ola bilər
Qadın çimərliyinin açılması islam qaydalarını gözləyən qadınlarn dəniz kənarında istirahət problemini çözür – çimərliyə gələnlərdən biri Nasidat Məhəmmədova danışıb. “Mənim üçün dənizə səfərnadir bayramlardan biri idi, çünki bunun üçün ərimlə şəhərdən çox uzağa getməli olurduq. Şəriət qaydalarına əsasən, qadınlar kişilərin yanında çılpaq ola bilməz, satılan “müsəlman” çimərlik geyimləri isə çox narahatdır və onlarla müvafiq olaraq günəş vannası qəbul etmək mümkün deyil”, – o danışıb.
Çeçenistanda qadın çimərliyi
2015-c ilin yayında “Qroznı dənizi”nin (Çernoreçye su anbarı) sahilində Aldı qəsəbəsində qadın çimərliyi açılıb. Üç metr hündürlüyü olan hasarla əhatələnən əraziyə Xəzərdən qum gətirilib, təpəciklər quraşdırılıb və içəri ancaq 12 yaşa qədər uşaqları ilə qadınlar buraxılır.
Qonşu kişi çimərliyindən qadın çimərliyini böyük məsafə ayırır – kilometrdən çox. Çimərliyin xidmət personalı ancaq qadınlardır: xüsusi paltarla – burkini ilə suya girir və üzürlər.
Yeri gəlmişkən, Qudermes akvaparkında kişilər və qadınlar üçün ayrıca təpəcikli hövuzlar və digər attraksionlar nəzərdə tutulub. Hətta girişlər də bir-birindən maksimum ayrıdır.
Aurat və burkini
Müsəlmanlar üçün çimərlik istirahəti birbaşa aurat (avrat) anlayışı ilə əlaqədardır. Bu, inanclı insanların bədənlərinin mütləq digər insanlardan gizlətməli olduğu hissəsidir. Qadınvar üçün kişilər qarşısında üz ovalından və əllərindən başqa hər şey aurat hesab olunur. Kişilər üçün göbəkləri ilə dizləri arasındakı hissə (göbək və dizlər də daxil olmaqla) auratdır.
İctimai yerlərdə çimərlik istirahəti üçün islama uyğun çimərlik geyimi – burkini kəşf olunub. Çimərlik geyiminin adı “bikini” və fransız dilindən tərcümədə çarşab mənasını verən “burk” (burqa) sözlərinin birləşməsindən əmələ gəlib. Bu geyimi livanlı dizayner Aheda Zanetti 21-ci əsrin sıfırlı illərinin ortalarında düşünüb. Çimərlik geyimi bədənə yapışmır, zəif suçəkici materialdandır, tez quruyur.
Bəs dünyada?
Bəzi qadın çimərlikləri XX əsrdən qalıb, məsələn, Estoniyada Pyarnu qadın çimərliyi. Ötən yüzilliyin 20-ci illərində burada qadınların kişilərdən çəkinmədən rahat qarala və çimə biləcəyi istirahət zonası təşkil olunub. Qadın çimərliyinin ərazisi bir tərəfdən dənizlə, digər tərəfdən isə hasarla əhatələnib və hasarın bu tayında yad adamların girişi qadağandır.
Çernoqoriyanın məhşhur (ingilisdilli vikipediyaya Ladies Beach adı ilə düşüb) Ultsin qadın çimərliyi də belədir. Maydan oktyabra qədər bura ancaq qadınların gəlməsinə icazə verilir, qışda isə kişilər və uşaqlar da gələ bilərlər. Çimərliyin girişində görünən yerdə informasiya lövhəsi vurulub və orada üç dildə çimərliyə daxil olmanın özəllikləri haqda məlumat verilib. Onun populyarlığına Yuqoslaviya prezidenti İosip Broz Titonun Avropada nə iləsə seçilmək səyi təkan verib, o, yaxınlıqda Ada Boyyanda əcnəbi turistlər üçün böyük nudist çimərliyi təşkil edib.
Misirdə qadın çimərlikləri haqda söhbərlər 2001-ci ildən başlayıb, amma ilk belə çimərlik ancaq 2009-cu ildə açılıb. Zona özəl qapalı qadın klubu kimi təşkil olunub, əraziyə giriş pulludur. Dubayda (BƏƏ) çimərliklərdə xüsusi qadın günləri var. Türkiyədə 45х75 metr sahəli Sarısu qapalı qadın çimərliyi 2014-cü ildə yaranıb.
2010-cu illərdə Azərbaycanın Lənkəran şəhərində qadın çimərlikləri yaranmağa başlayıb. Əvvəllər barmaqla sayılacaq qədər yerli qadın dənizə çimməyə gedirdi, o da paltarlı. “Əsasən gəlmələr və yerli ruslar çimirdilər”, – yerli sakin Lətifə Babayeva danışır. – “İranla sərhədlər açılandan sonra bizimkilər orada belə çimərliklər gördülər və burada da açmaq qərarına gəldilər”.
İsrail çimərliklərində qadın günləri, Avstraliya və ABŞ-da isə qadın çimərlikləri var. Və bu mütləq islamla bağlı deyil. İsraildə ortodoksal yəhidilərdir, İspaniyada bütün Şimali İspaniya çimərliklərinin qadın və kişi qisminə ayrılmasını tələb edən katolit-karlistlər.
Maşınlardan nudistlərə qədər
Dənizdə kütləvi istirahətin tarixi o qədər də böyük deyil. XVIII əsrin əvvəllərindən başlayaraq tədricən dəbə minməyə başlayıb: məhz o zaman Britaniya, ABŞ, Fransa, Almaniya və Avropanın bir çox digər ölkələrində çimərlik maşınları (çimərlik furqonları) əmələ gəlməyə başladı. Bunlar təkərli və içəriyə aparan pilləkənli, kifayət qədər geniş taxta və ya brezent paltar dəyişmə yeri idi. Onların təyinatı ümumi çimərliklərdə ayrı-ayrı çimməyi təmin etməəkdən ibarət idi. Əvvəlcə ayrı-ayrı çimərliklər heç olmayıb.
Çimən qadın öz küçə geyimində otağa daxil olurdu. Təklikdə əynini dəyişib, bugünkü standartlarla müqayisədə çox abırlı olan çimərlik paltarını geyinir, üst geyimini isə otağın içində qoyurdu və paltarlar orada quru qalırdı. Daha sonra çimərlik maşını atların köməyilə, bəzən isə relslərlə suya düşürdü. Maşın dənizin içinə doğru kifayət qədər açılandan sonra qadın çimərlikdəki yad nəzərləri arxada buraxan qapıdan çıxıb suya girirdi. Bəzi maşınlar xüsusi tentlərlə təchiz olunmuşdu, bu tentlər adamı düz suyun içinə endirir və çimmək üçün ayrıca zona yaradırdı.
XIX əsrə qədər kişi və qadın çimərlikləri bir çox ölkələrdə ayrı idi. Ancaq XX əsrin əvvəllərinə doğru Böyük Britaniyada kişilərin və qadınların birgə çimərlik istirahətinə qoyulan qadağa ləğv edildi, Bolqarıstanın Varne şəhərində qarışıq çimərlik 1927-ci ildə yarandı. Maraqlıdır ki, dünyada qarışıq çimərliklərin populyarlığı Avropada, Avstraliya və Amerikada nudist çimərliklərinin yaranması ilə üst-üstə düşüb.
Çimərlik kostyumu
Əvvəllər qadınlar dənizdə nədə istirahət edirdilər? Qədim Romada bikini tipli idman geyimlərində və ya qısa tuniklərdə XVIII əsrdə qadınlar islandığı zaman şəffaf olmayan parçadan tikilmiş uzun donlarda çimirdilər. Başlarında çox vaxt xüsusi papaq, ayaqlarında isə corab və parça ayaqqabı olurdu. Paltar suyun altında əyindən çıxmasın deyə ətəklərinə kiçik metallar tikilirdi.
XX əsrin başlaması ilə çimərlik geyimləri kiçilməyə başlayır, baxmayaraq ki, həmin vaxtlarda qadınlar bədənlərini hədsiz açdılarına görə həbs də oluna bilərdilər. Beləcə 1907-ci ildə sualtı “balerinalar şousunda” – sinxron üzgüçülük növü, amma şüşə sututarda suya dalmaqla – iştirakı zamanı Avstraliyadan ABŞ-a gələn peşəkar üzgüçü Annet Kellerman həbs edilmişdi, çünki tamaşaçıların qarşısına boynu, ayaqları və qolları açıq olan, bədəninə yapışan kostyumda çıxmışdı.
1946-cı ildə dizayner Luis Rird bikini – qısa alt və dar üstdən ibarət çimərlik geyimini təklif edib. Fransada bu çimərlik geyimi aktrisa Bricit Bardo və müğənni Dalida sayəsində çox tez kütləviləşir. Dünya sıçrayıı isə 1962-ci ildə, seksual inqilab ərəfəsində baş verir: Ceyms Bond haqqında ilk film “Doktor Nou” dünya prokatına çıxdı və qadın bədəninin açılması çağırışı kimi Ursula Andressin ağapaq bikinisini təqdim etdi.