Dağıstan paytaxtının hakimiyyəti sahibsiz itlərin “özbaşına güllələnməsi” kampaniyasına son qoymağa çağırıb
Paylaşmaq
Paylaşmaq
Maxaçkala meriyası şəhər sakinlərini “sahibsiz heyvanların qanuna zidd olaraq məhvini dayandırmağa” çağırıb. Bununla Dağıstanın paytaxt hakimiyyəti bir neçə gün əvvəl şəhərdə sahibsiz itlərin məhv edilməsi ilə bağlı başlanan və çox sayda sakinin qoşulduğu kampaniyaya reaksiya verib.
Meriya rəsmi bəyanatda bu kampaniyadan mərzlənib, bildirib ki, şəhər administrasiyasının bu faktlarla əlaqəsi yoxdur və heyvanların güllələnməsinə icazə verməyib, “çünki bu, bələdiyyənin səlahiyyətinə daxil deyil və Rusiya qanunvericiliyinə birbaşa ziddir”.
Dağıstan paytaxtının rəhbərliyi sakinlərə xatırladır ki, itlərin özbaşına güllələnməsi Cinayət Məcəlləsinin “heyvanlarla qəddar davranış” maddısi ilə məsuliyyət yaradır.
Fevralın 19-da Maxaçkalanın kənarında itlərin dişləməsi nəticəsində öldüyü ehtimal olunan 9 yaşlı qızın meyiti tapılıb. Ölümün əsl səbəbini hələ bitməyən ekspertiza müəyyən edəcək. Bu fakt sahibsiz itlərə qarşı kor-təbii qətliamın başlanmasını təhrik edib, qiymətləndirmələrə görə yüzlərlə it bu qətliamın qurbanı olub. Maxaçkaladakı vəziyyət heyvan haqları müdafiəçilərinin və bütün Rusiya üzrə cəmiyyətinin bir hissəsinin qəzəbinə səbəb olub.