Dağıstan: itən insanlar
Dağıstanda insanların kütləvi oğurluğuna cavab olaraq bundan zərər çəkən insanların qohumlarını birləşdirən ictimai təşkilat yaradıldı.
Səciyyəvi hal
“Kavkazski uzel portalının xəbər verir ki, Dağıstan sakini Şamil Camalutdinov qohumlarının sözlərinə görə, sentyabrın 27-də axşam Manasdan Kaspiyskə gedərkən yolda güc qurumlarının nümayəndələri tərəfindən oğurlanıb.
Oktyabrın 3-də Dağıstan DİN-dən olan mənbə bildirib ki, Şamil Camalutdinov qanunsuz birləşmələrlə əlbir olmaqda şübhəli bilinərək saxlanılıb, mənbə həm də qeyd edib ki, onun barəsində həbs qəti imkan tədbiri seçilib.
Gəncin yaxınları indiyə qədər də onun harada olduğunu bilmirlər.
Hüquq-mühafizə orqanlarının Şamil Camalutdinovu ekstremizmdə şübhəli bilmək üçün heç bir əsası yoxuydu, onun xanımı Mədinə belə hesab edir və özünü və Şamili “Dağıstanda adi ailə adlandırır.
Qohumlarının bildirdiyinə görə, 24 yaşlı Şamil Camalutdinov hər səhər sement zavoduna işə gedən adi gənc adamdır.
Həyat yoldaşının sözlərinə görə, onlar ötən il Türkiyədən, istirahətdən qayıdandan sonra Şamilin DİN-də profilaktik uçotda olduğunu bildilər.
“Ötən ilin oktyabr ayında Türkiyədən qayıtdıq. Bir neçə ay sonra Buynayskdan Kaspiyskə gedəndə bizi postda saxladılar. Ərimi uzun müddət buraxmaq istəmirdilər, onda da ərimin profilaktik uçotda olduğunu bildik, – Mədinə xatırlayır.
Dağıstanda respublika sakinlərinin profilaktik uçota qoyulması təcrübəsi geniş tətbiq olunur. Hüquq müdafiəçilərinin qeyd etdiyinə görə, əksər vaxtlarda insanları uçota salarkən, misal üçün, adamın saqqal saxlamasını və ya məscidə getməsini əsas gətirirlər. Güc qurumlarının cəzasızlığı fonunda müsəlmanların profilaktik uçota qoyulması təcrübəsi Şimali Qafqazda vəziyyətin sabitləşdirilməsinə deyil, əksinə gənclərin radikallaşmasına gətirib çıxarır, 27-28 iyun tarixlərində Moskvada keçirilən “daimi masa iştirakçıları bildiriblər.
Polis əməkdaşları onların Türkiyədə nə ilə məşğul olması ilə bağlı uzun-uzadı suallar verirdilər. Şamil onlara başa salırdı ki, istirahətə gediblər və orada çəkilən şəkilləri də göstərdi. Amma polis işçilərini bu qane etmədi və onlar belə bir şərt qoydular: onu uçotdan çıxarmaq üçün bütün qonşularından onun xasiyyətnamələri alınmalıdır.
Amma gənc ailə polis işçilərinin sözlərini ciddiyə almadı və heç nə etmədi. Həm də bundan sonra Şamilin heç bir problemi yaranmadı, Mədinə qeyd edir.
“O, şəhərdə rahat gəzirdi. İzləndiyini də hiss etmirdi. Onun nədəsə şübhəli bilinməsi haqda düşünməyə heç bir əsas yoxuydu, – Şamilin xanımı deyir.
Həyat yoldaşının sözlərinə görə itkin düşəndən bir müddət əvvəl Şamil Xasavyurt sakinlərinə sement satmağı söz vermişdi, sonradan onların da itdiyi məlum oldu.
Xasavyurt sakinləri Qaşım Uzdanov, Paxrudin Maxayev və İslam Maqomedovun qohumları Şamil Camalutdinovun yaxınları ilə birlikdə oktyabrın 4-də “Memorialın Maxaçkala ofisinə yaxınlarını tapmaqda kömək etmək xahişi ilə müraciət etdilər.
“İlk günlərdə düşünürdük ki, o saxlanılıb və tezliklə harada olması barədə məlumat verəcəklər. Amma onun həmin axşam birlikdə olduğu üç nəfərin üçünün də telefonlarının söndürüldüyünü biləndə onun oğurlandığını anladıq, – Şamilin xanımı deyir.
Qohumların özləri gənci axtarıb tapmağa cəhd etdilər. Tapdıqları yeganə fakt Maxaçkalanın girişində yerləşən postdan video oldu, burada Şamilin maşının şəhərə daxil olduğu görünür. Bundan sonra izləri itir.
Hakimiyyətin diqqətini cəlb etmək üçün oğurlanan dörd gəncin qohumları bir neçə dəfə Maxaçkalanın meydanına çıxıblar. Onlara müxtəlif vaxtlarda itkin düşən digər insanların da yaxınları qoşulub.
Güc qurumlarının əməkdaşları bildirirdilər ki, itən adamların heç biri hüquq-mühafizə orqanlarında deyil və onların yerinin müəyyən olunması üçün cinayət işləri açılıb və axtarış aparılır.
“İstintaqa ümid edirik ki, ərimi tapacaqlar. Amma hələ ki heç birimizi İstintaq Komitəsinə dindirməyə çağırmayıblar. Oktyabrın 18-də bizə hansısa məlumatı verməliydilər, amma indiyə qədər də xəbər yoxdu, – Mədinə deyir.
Şamil Camalutdinovun qohumları bir neçə dəfə başqa itkin düşən dağıstanlıların qohumları ilə bir neçə dəfə onlarının yerinin müəyyən edilməsi tələbi ilə aksiyalar təşkil ediblər.
Oktyabrın 14-də Xasavyurtda keçirilən mitinq zamanı itən dağıstanlıların anaları ictimai hərəkat yaratmaq qərarına gəldilər. Onlar insan oğurluğuna qarşı mübarizə aparmaq və qurbanlara kömək etmək niyyətindədirlər.
Kütləvi təcrübə
Üç həftədən az müddət ərzində, 19 sentyabrdan 4 oktyabra qədər “Memorial hüquq müdafiəsi təşkilatının hesablamalarına görə, respublikada güc qurumları əməkdaşları tərəfindən 12 nəfərin oğurlandığı güman edilir.
“Oğurluqlar 2010-cu ildə başladı… Biz görürük ki, oğurluqlar başlayıb, davam edib və artıb. Amma bunun nə ilə bağlı olduğunu bilmirik, – “Kavkazski uzelin müxbirinə “Memorial Hüquq müdafiəsi mərkəzinin nümayəndəsi Sirajudin Datsiyev bildirib.
İki-üç gün ərzində itən adam tapılmırsa və ya onun rayon polis şöbəsində olması üzə çıxmırsa, 90 faiz halda o artıq sağ tapılmır, o cümlədən də Avropa İnsan Haqları Məhkəməsində insan haqları pozuntularının qurbanlarına hüquqi yardım göstərən “Hüquqi təşəbbüsün vəkili Şamil İsayev qeyd edir.
“Ya oğurlanan adamı tapmayacaqlar, ya da cəsədi hansısa xüsusi əməliyyat zamanı öldürülənlərin arasında aşkar olunacaq, – Şamil İsayev “Kavkazski uzelin müxbirinə bildirib.
Hüquq müdafiəçilərinin məlumatına görə, bir neçə il ərzində güc qurumlarının əməkdaşları oğurlanan Dağıstan sakinlərinə qarşı saxta işlərin açılması ilə məşğul olurlar. Güc qurumları insanların itməsini onların “meşəyə getməsi ilə izah edirlər, cinayət işi açılır və şübhəli şəxslərin polis əməkdaşları ilə toqquşma və ya özlərini partlatması nəticəsində ölməsi səbəbindən bağlanır.
Güc orqanları tərəfindən insanların axtarılıb-tapılması üçün lazımi tədbirlər görülmədikdə Avropa Məhkəməsinə müraciət etmək lazımdır, “Rusiya üzrə hüquq təşəbbüsündə qeyd edirlər.
Belə ki, yayın əvvəlində bu hüquq mühafizəsi təşkilatı 2012-ci ildə Maxaçkala sakinləri Sirajudin Əliyev və Qazimaqomed Abdullayevin oğurlanması ilə bağlı işə qoşuldu. Avropa Məhkəməsi 2016-cı ilin iyul ayında itən adamların qohumlarının xeyrinə qərar çıxardı və onlara 120 min avro həcmində kompensasiya ödənilməsini tələb etdi.
Dərc olunub: 1.11.2016