Tbilisidə artıq bir neçə tikinti materialı supermarketi var. Bu müasir, dəbdəbəli piştaxtalarda səliqə ilə düzülmüş malları ola mağazalar yavaş-yavaş Tbilisidə çox məşhur olan “Eliava bazrobası adlı məkanı sıxışdırır.
“Eliava bazrobası Tbilisidə 1990-cı illərin ortalarında yaranıb. Metal və taxtadan birtəhər düzəldilmiş rəflər, yuxarıdan aşağıya qədər şüşədən olan biçimsiz balaca dükanlar, buranın işçiləri Tbilisi urbanizminin ayrılmaz hissəsinə çevrilən paralel dünya yaradırlar.
Burada zaman sanki dayanıb. Heç nə dəyişmir – nə qoxu, nə səslənən musiqi, nə də ümumi görkəm. Özünün dar zibilli keçidləri, ucuz boyanın qoxusu, xaçapuri satıcıları və başdan-ayağa balıq və pivə qoxusu verən yükvuran fəhlələri ilə Eliava sanki kədərli 90-ların öz zəmanəsində qalmayıb, Tbilisi ilə indiki reallığa köç edən canlı xatirəsidir.
Bu iyirmi il ərzində “Eliava bazrobası bir çox ailəni aclıqdan xilas edib. Bir çoxları üçün bu yer indi də özünü realizə etmək və pul qazanmaq üçün yeganə məkan olaraq qalır.
65 yaşlı tokar Qela Arsiaşvili artıq 20 ildir ki, burada işləyir. İcarəyə götürdüyü yerdə o metal konstruksiyalar düzəldir və öz dediyinə görə, işinin sayəsində həmişə ailəsini dolandıra bilib.
Oğluna da bu sənəti öyrətdi, indi birlikdə işləyirlər. İşsiz qalmaqdan da qorxmur. Burada keçirdiyi illər ərzində Qela Arsiaşvili başa düşdü ki, yaxşı sənətkarın müştəriləri həmişə olur.
İşi ağırdır – bütün günü toz, səs-küy, Qelanın özünün dediyi kimi, dəmirin simfoniyası.