Sxinvalın mərkəzində, əsas yeni il yolkasının yerləşdiyi Teatr Meydanı yaxınlığında Toyota Land Cruiser Prado avtomobili əvvəlcə yanıb, sonra partlayıb.
Cənubi Osetiya Boks Federasiyasının prezidenti Albert Vəliyevə məxsus olan bu maşın “Vincenzo” kafesinin qarşısında dayanıbmış.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu tez ram ediblər.
“Maşın yanmağa başlayanda hamımız küçəyə qaçdıq. Əminəm ki, bu, qəsdən törədilən yanğındır, çünki sürücünün yanındakı sərnişin yerinin qapısı açıq idi. Hamı donub qalmışdı, heç kimin ağlına gəlmədi ki, qaçıb kafedən yanğınsöndürən balon gətirsin”, – hadisənin şahidi, kafenin əməkdaşı Mədinə danışır. Onun sözlərinə görə, maşın yanandan on dəqiqə sonra üç partlayış eşidilib, yanğınsöndürənlər təqribən 15 dəqiqə sonra gəlib, alovu söndürməyə başlayıblar.
“Qətiyyən təxmin edə bilmirəm ki, bu necə və niyə baş verə bilər. Yeni il qabağı əhvalım korlandı. Üstəlik (məhv edilmiş) iş sənədlərinə görə məyusam – mən adətən onları maşında qoyuram. Kimin ağlına gələ bilərdi ki, belə bir şey olar?”, – “Vincenzo” kafesinin sahibi Albert Vəliyev JAMnews-a deyib.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Müstəntiqlər qəsdən yandırma ehtimalını istisna etmir.
Məqalə müəllifinin təklif etdiyi termin, toponim, fikir və ideyalar JAMnews və ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə biləcək və da başqa səbəbdən qeyri-etik sayıla biləcək şərhləri silmək haqqını özündə saxlayır.