1989- cu ildə Cənubi Osetiyada yaşayan əhalinin sayı ilk dəfə siyahıya alınanda burada təqribən 98,50 min insan sakin yaşayırdı. Onlardan 65 mini osetin, 28 mini gürcü, iki mini isə rus kimi qeydiyyata alınıb.
Bu dəfəki siyahıya alınmada üçün 57 min sorğu vərəqi respublikanın əhalisinin siyahıya alınması, 27 min sorğu vərəqi isə ölkədəki həyat səviyyəsini qeydə almaq üçün çap olunub.
Bu vərəqlərdəki sorğular əsasən ev məsələləri ilə bağlıdır. Məsələn, əsasən evin neçənci ildə tikildiyi, neçə otaqdan ibarət olduğu, evin istilik sistemi ilə təhciz olunmağı və s. ilə bağlı suallar.
Siyahıya alınmağa hazırlıq bir ildən çox davam edib. Siyahıya almaq üçün evlərə gedəcək olan işçilərin sayı 2014 nəfər idi. Yerli televiziya kanalları insanları maarifləndirmək üçün bu mövzuda sosial çarxlar hazırlamışdı. Çarxda əhaliyə diqqətli olmaq və şəxsiyyət vəsiqəsini göstərməyən heç bir işçini evə buraxmamaq tövsiyyə olunurdu.
Anna Drayevanın sorğusunda 200 adam iştirak edib, lakin onlardan yalnız biri şəxsiyyəti təsdiq edən sənəd tələb edib.
Komanda üzvləri deyir ki, insanlar özləri bu prosesdə maraqlı idilər və onlarla olduqca xoş rəftar edirdilər.
Sosial işçilər həmçinin öz üzərlərinə könüllülük vəzifəsini də alaraq insanlara dövlətdən 1550 rubl ( 25 dollar) işsizlik müavinəti tələb etmək hüququnun olduğunu izah ediblər. Anna Dryayeva deyir ki, onun sorğusunda iştirak edən hər 11-ci vətəndaş belə bir hüququnun olduğundan xəbərsiz olub.
Siyahıya alma şöbəsinin rəisi, İnal Tibilov bildirir: “ Dünyanın bir çox yerlərində olduğu kimi, siyahıya alınma Cənubi Osetiya üçün də olduqca önəmlidir. Bu daha effektiv sosial – iqtisadi proqramlar hazırlamağa imkan yaradır. O həmçinin bildirdi ki, yeni yaranmış dövlət üçün əhalisinin dəqiq sayını bilmək olduqca vacibdir
Gələcəkdə əhalinin ümümi siyahıya alınmasını hər on ildən bir keçirmək planlaşdırılır.