Cənubi Osetiya ordusu Rusiya ordusunun bir hissəsinə çevrilməyə başlayır
Foto: Nelly Gabaraeva
Cənubi Osetiyanın Hərbi Qüvvələri qismən Rusiya ordusunun tərkibinə daxil olacaq. Müvafiq sənədə RF prezidenti qol çəkib.
Sənəd “Cənubi Osetiyanın ayrı-ayrı hərbi hissələrinin Rusiyanın Hərbi Qüvvələrinin tərkibinə daxil olmasıhaqdasaziş” adlanır və Rusiya hökumətinin rəsmi internet-portalında dərc olunub.
Sazişdə deyilir ki, Vladimir Putin Rusiyanın Müdafiə Nazirliyinə Cənubi Osetiya ilə bütün detallar üzrə danışıqlar aparmasını tapşırıb.
Hazırda məlum olan detallar
Saziş 2014-cü ilin noyabrında imzalanmış Cənubi Osetiya və Rusiyanın əməkdaşlığı və inteqrasiyası haqqında müqaviləyə artıq daxil edilmiş qanunlar üçün əlavə dəqiqləşdirisi sənəd olub.
Elə həmin rəsmi portalın hüquq bölməsindəRusiya Müdafiə Nazirliyinin Cənubi Osetiya vətəndaşlarına Rusiya Hərbi Qüvvələrində xidmət etmək hüququ verən layihə yerləşdirilib.
Layihənin mətninə əsasən, Cənubi Osetiya vətəndaşları Rusiya Müdafiə Nazirliyinin Cənubi Osetiyanın ərazisində yerləşdirilmiş dördüncü hərbi bazasının hissələrində müqavilə ilə xidmət etmək hüququ qazanacaq. Bu hərbi xidmətçilər Rusiya normalarına uyğun məvacib alacaq və bütün hərbi xidmətlərəsahib olacaq.
Lakin hərbi xidmətçi bunun üçün əvvəlcə Cənubi Osetiyada xidmətdən azad olunmalıdır. Yəni layihədə qeyd olunur ki, Cənubi Osetiyanın Hərbi Qüvvələrinin sayı dördüncü hərbi bazaya xidmətə qəbul olunmuş vətəndaşlarının sayı qədər azalmalıdır.
İlkin layihəyə əsaslanan Cənubi Osetiya təsdiqləyir ki, “Cənubi Osetiyanın ayrı-ayrı həırbi hissələrinin Rusiyanın Hərbi Qüvvələrinin tərkibinə daxil olması haqda saziş” imzalandıqdan sonra da öz ordusu üzərində nəzarətə davam edəcək.
“Saziş imzalandıqdan sonra Cənubi Osetiyanın təşkilati-ştatlı strukturundakı bütün dəyişikliklər respublikanın hərbçiləri tərəfindən həyata keçiriləcək. Beləcə, Müdafiə Nazirliyi hərbi hissələri qorumuş olacaq. Bu bizim qəti mövqeyimizdir”, – İbrahim Qasseyev 2017-ci il martın əvvəllərində “REC” agentliyinə söyləyib.
Nə Rusiya Müdafiə Nazirliyinin layihəsində, nə də bu günlərdə Prezident tərəfindən imzalanmış müqavilədə Cənubi Osetiya üçün olduqca mühüm olan bir tələb vurğulanmayıb:
Rusiya tərəfi Cənubi Osetiyanın Hərbi Qüvvələrində xidməti və Cənubi Osetiya hərbi biletlərini həqiqi saysın.
Bir müddət əvvəl Cənubi Osetiyanın “Rec” informasiya agentliyinin Cənubi Osetiyanın müdafiə naziri İbrahim Qasseyevə istinad edərəkyaydığı kimi, “Cənubi Osetiyanın rəhbərliyi Rusiya ordusuna xidmətə girən vətəndaşların hərbi titullarının və milli ordudakı xidmətlərinin tanınmasına çalışır”.
Moskvanın “Vedomosti” qəzeti yazır ki, tezliklə Cənubi Osetiyanın DTK əməkdaşlarının Rusiyanın FTX-də xidməti haqqında oxşar saziş imzalanacaq. Rusiya xüsusi xidmətlərinə yaxın olan nəşrin mənbəsi xəbər verib ki, bu sazişin də layihəsi artıq işlənib hazırlanıb.
- Cənubi Osetiyanın müstəqilliyini hazırda Rusiya, Venesuela, Nikaraqua, Nauru və Tuvalu tanıyıb.