Cənubi Osetiya ConIFA “tanınmamış turnirinin” çempionu olub
Cənubi Osetiya yığması iyunun 1-dən 9-a qədər Qarabağda ConFIA himayəsi altında keçirilən futbol üzrə tanınmamış Avropa çempionatının qalibi olub.
ConIFA Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası kimi açıqlanır. Qurum 2013-cü ildə yaranıb və beynəlxalq aləm tərəfindən geniş şəkildə tanınmayan respublikalara aid olduqları üçün FİFA-ya, yaxud qitə konfederasiyalarına daxil olmayan yığmaların və təşkilatların birləşdirilməsini nəzərdə tutur. ConIFA siyasi neytrallığını bəyan edərək, Dünya Kuboku və Avropa Kuboku turnirləri təşkil edir və hazırda quruma 40 yığma daxildir. Təşkilatın qərargahı İsveçin Luleo şəhərində yerləşir.
.
Final oyununda osetinlər minimal fərqlə – 1:0 hesabı ilə Qərbi Ermənistan yığmasını məğlub edib.
İndi Cənubi Osetiya yığması iki il ərzində, yəni növbəti çempionata qədər ConIFA versiyasına görə Avropa çempionu hesab ediləcək.
“Tanınmamışların çempionatında” bu dəfə tanınmamış və ya qismən tanınmış respublikaların səkkiz komandası iştirak edib. Onların hamısı üçün ConIFA yarışmaq üçün yeganə şansdır, çünki ümumdünya turnirlərinə qatıla bilmirlər.
• Daha ətraflı – ConIFA nədir və 8 komanda Qarabağda necə yarışıb?
Stepanakertdə Şaumyan adına mərkəzi stadionda keçirilən final oyununu 10 mindən çox azarkeş izləyib.
Oyunun əsas vaxtına Cənubi Osetiyanın qapısına penalti əlavə olunması və komandanın qapıçısının topu öz “qalasından” kənarlaşdıra bilməsi oyuna dramatizm qatıb.
Çempionatda üçüncü yeri isə Abxaziya yığması tutub. Abxazlar Çimeriya bayrağı altında çıxış edən alban komandası ilə oyunun əsas vaxtını 0:0 hesabı ilə başa vurublar, amma penalti hissəsində daha uğurlu ola biliblər.