Cənubi Osetiya Alaniya olmağa hazırlaşır
Foto: Nelli Qabarayeva
Cənubi Osetiya respublikasının prezidenti Leonid Tibilovun respublikanın adının dəyişdirilməsi ilə bağlı olan təşəbbüsü onun ən mühüm niyyətlərindən biri sayılır və ən yaxın zamanda həyata keçiriləcəyi gözlənilir. Bu haqda fevralın 23-də “Res informasiya agentliyinin müxbirinə müsahibəsi zamanı Cənubi Osetiya hökumətinin sədri Domenti Kulumbeqov bildirib.
Respublikanın adının dəyişdirilməsi təşəbbüsü ilə Tibilov ötən ilin sonunda çıxış edib.
Bu haqda o, ötən həftə özünün xalq və parlamentə hər il ünvanladığı müraciətində də danışıb: “Biz faktiki olaraq etnik tariximizdən məhrum edilməyimizə şahid olurur və ləng tərpənməklə istər-istəməz buna imkan yaradırıq, – deyə prezident bildirib və əlavə edib ki, qərar Konstitusiyanın tələblərinə tam uyğun şəkildə, yəni referendum vasitəsi ilə qəbul ediləcək.
Həmin məsələni ətraflı nəzərdən keçirmək və onunla bağlı konkret təklif irəli sürmək tapşırığı alan hokumət sədri Domenti Kulumbeqov bildirir ki, iş sürətlə gedir və hətta artıq yekunlaşmaq üzrədir. Baş nazir xatırladbı ki, təşəbbüs Cənubi Osetiya cəmiyyətində hamının dəstəyini qazanıb və dəfələrlə KİV, Osetiyanın media məkanında və müxtəlif meydanlarnda müzakirə olunub.
Cənubi Osetiya Dövlət informasiya və mətbuat komitəsinin sədri Vyaçeslav Qobozovun sözlərinə görə, prezident Tibilovun respublikanın adının Cənubi Osetiya-Alaniya adına dəyişdirilməsi təklifinin həmyerlilər tərəfindən yekdilliklə qəbul ediləcəyinə heç kim şübhə etmirdi. Bununla belə, məmur onu da vurğuladı ki, qanun müəyyən prosedurun yerinə yetirilməsini tələb edir: “Referendum keçiriləcək, çünki respublikanın adının dəyişdirilməsi Konstitusiya ilə tənzimlənən məsələlərə aiddir. Özünün xalqa və respublika parlamentinə müraciətində Leonid Tibilov dəqiq dedi ki, bu, prezident seçkilərinin təyin olunduğu 2017-ci il aprel ayına qədər baş tutacaq. Yəni seçkilərə qədər. Çox güman ki, referendum 2016-cı ildə keçiriləcək.
Nə daha yaxşıdır – “Alaniya respublikası yoxsa “Cənubi Alaniya respublikası? Yoxsa şimal qardaşlardakı kimi – həm Alaniya, həm də Osetiya? Yoxsa hər şey olduğu kimi qalsın? – adın dəyişdirilməsi ilə bağlı məsələ sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biridir.
Bu haqda həm siyasətçilər, həm də sıravi sosial şəbəkə istifadəçiləri danışır və “lehinə və “əleyhinə arqumentlərlə bağlı qızgın müzakirələr edirlər.
“Alaniya adının “lehinə səsləndirilən bütün arqumentlər:
1. Osetinlərin genetik əcdadları alanlardı, buna görə də Cənubi Osetiya respublikasının adının dəyişdirilməsi tarixi ədaləti bərpa edəcək
Svetlana Tedeyeva, hüquqşünas: “Düşünürəm ki, biz, əsl alanlar, öz dövlətimizi “Alaniya adlandırmalıyıq. Biz heykəllər və Alan adından xəbər verən bir çox şey qurmalıyıq. Biz özümüzü böyük əcdadlarımızın adı ilə adlandırmalıyıq. Düşünürəm ki, bu respublikamızın vətəndaşları tərəfindən bəyənilən doğru və müdrik qərar olar.
2. Adın dəyişdirilməsi respublikaya indikində daha böyük statusluq verəcək
Alan Cussoyev, “Sənin seçimin, Osetiya! İctimai Hərəkatının lideri: “Alanlar və onların irsi bütün dünyaya məlumdur, amma çox az adam bilir ki, məhz osetinlər alanlardan törəyib. Bu bizim ölkəyə dünya ictimaiyyətinin qarşısında daha böyük nüfuz və statusluq verəcək.
3. İnquşetiyadan daha cəld tərpənib, ölkəni Alaniya adlandırmaq lazımdır
“İnquçetiyada artıq küçə və meydanların adını osetinlərin tarixi ilə bağlı terminologiyaya uyğun dəyişdirirlər. Respublika rəhbərliyi İnquşetiyanın paytaxtını orta əsr alan şəhəri olan Maqasın adı ilə adlandırmaq qərarına gəlib. “Alan qapılarından sonra orada “Alan meydanı yaratmaq və küçələri alan toponimləri ilə adlandırmağa hazırlaşırlar. Amma bu cür oyunlar heç kimə xeyir gətirmir, siyasətçilər tarixi spekulyasiyalardan vaz keçməlidirlər, – “JAMnews-un Cənubi Osetiya hökumətindəki həmsöhbəti bildirir.
“Stır Nıxas (Böyük Məclis) Ümumosetiya hərəkatının həmsədri Robert Qaqloytı: “Mən bu ideyanı tamamilə dəstəkləyirəm. Mən bunu inquşlar öz paytaxtlarına qədim Alaniyanın paytaxtının adını – Maqas qoyana qədər də deyirdim. Respublika indi ad dəyişdirməklə bağlı iş aparmasa, biz İnquşetiyada “Alan qapıları kimi adların qoyulduğunu görəcəyik. İnquşetiya bizim əlimizdən tariximizi almağa çalışır, buna imkan vermək olmaz.
4. Gürcü kontekstindən azad olmaq lazımdır
İş orasındadır ki, bəzi fikirlərə görə, “Osetiya adı gürcü sözü olan “osidən əmələ gəlib. Gürcü dilində osetinləri məhz bu cür adlandırırlar.
Albina Totoyeva, “Facebook istifadəçisi: “Guya biz gürcüyə aid hər şeyə qarşıyıq! Amma yox! Yenə də Osetiya-Alaniya! Sadəcə Alaniya olmaz ki?
5. RF-nin bir hissəsi olmaq üçün
Ola bilsin, bu səbəbi birinci göstərmək lazımıydı. Çünki prezident Tibilov bu məsələni qaldıranda, onun birinci dediyi Rusiyanın bir hissəsi olmağa hesablanmışdı. “Mən ölkəmizi Cənubi Osetiya-Alaniya Respublikası adlandırmağı təklif edirəm. Bu adla biz o fikirlə yaşaya və işləyə bilərik ki, həmin o tarixi an gələcək və Osetiyanın, yəni artıq Alaniyanın iki hissəsi birləşəcək və vahid Osetiya Rusiya Federasiyasının tərkibinə keçəcək.
Yuri Qabarayev – mədəniyyət, din və KİV üzrə parlament komitəsinin başçısı: “Əgər biz özümüzü vahid xalq hesab ediriksə, onda adlar da oxşar olmalıdır. Bizim respublikamız belə adlanmalıdır -Cənubi Osetiya-Alaniya respublikası. Respublikanın adını Şimali Osetiyaya uyğun dəyişdirmək lazımdır.
Bu da konnkret vəziyyətdə respublikanın dəyişdirilməsinin “əleyhinə olanların əsas arqumentləri. Onlar az da olsa var
1. Alaniya başqa, artıq mövcud olmayan ölkə olub
“Alaniya böyük, bizə əcdadlarımızdan qalan Osetiya ilə müqayisədə çox böyük idi. Alaniyaya indiki Çerkesiya, Adıqeya, Balkariya, Qaraçay, Böyük Çeçenistan, İnquşetiya, Stavropol və Krasnodar vilayətlərinin böyük hissəsi, Qafqazın rayonları daxil idi. Təəssüf ki, bizə əcdadlarımızdan ancaq Osetiya qaldı. Gəlin elə onu da qoruyub saxlayaq! Pafossuz. Elə Alaniyasız. Çünki Alaniya yenə də təəssüf ki, artıq yoxdur, – sosial şəbəkə istifadəçilərindən biri yazır.
2. İnquşlar özlərində alan qapıları tikdiyinə görə ölkənin adını dəyişdirmək düzgün deyil
Batradz Dzusatti, “Osetiya – Azadlıq Meydanı siyasi partıyası siyasi şurasının üzvü: “Orada alan qapılarının tikilməsinə bu cür reaksiya vermək olar? Buna görə dövlətin adını dəyişdirmək olar? Mən əlbəttə ki, Alaniya adlanmağın əleyhinə deyiləm, onlar bizim əcdadlarımız olub… amma bu cür, belə bir kontekstdə baş verməməlidir. Bu xalqdan gələn bir istək olmalıdır, prezident istədi, dəyişdi kimi olmamalıdır.
3. Ad dəyişməklə bağlı bu məsələ 2017-ci ildə baş tutacaq prezident seçkiləri ərəfəsində diqqəti real problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil
Roland Kelexsayev, Cənubi Osetiya eksperti: “Dövlətin adının dəyişdirilməsi ucuz başa gələn proses deyil. Referedum keçirmək, pasportları, möhürləri dəyişmək, təşkilatları yenidən qeydiyyatdan keçirmək və s. lazım olacaq. Bəlkə bu ideyanı sonraya saxlayıb, pulu daha vacib problemlərin həllinə xərcləmək daha yaxşı olardı.
Alan Cussoyev: Referendum keçirmək lazım olacaq, bu da çox bahadır. Həm də blankları, möhürü, pasportları, nömrələri, vəsiqələri və daha nələri dəyişmək lazım olacaq. Özü də seçki ərəfəsində. Bu adla bağlı məsələ heç cəmiyyətimizin tezliklə həll olunmalı problemlərinin ilk onluğuna da daxil deyil.
Hökumət artıq işçi qrupu yaradıb və ona osetinlərin tarixinin populyarizasiyası məsələləri üzərində işləmək tapşırığı verilib.
Bu qrupa filoloqlar, tarixçilər, arxeoloqlar və politoloqlar daxildir. Onlar respublika əhalisini ölkənin adının dəyişdirilməsinə hazırlayacaq və onlara Böyük Alanın tarixini xatırladacaq kompleks tədbirlər həyata keçirməlidirlər.
[YoutubeVideo_673b89b392e449ecab64a0a4ea36fcfc]