“Cigit obrazını sındırırlar”: Dağıstanda məktəbdə keçirilən bayrama görə qalmaqal davam edir
Balerina geyimli məktəbli oğlanların zarafatı Dağıstanı qəzəbləndirib
“Kavkazskiy yzel”in materialları əsasında
Maxaçkala (Rusiyanın tərkibində Dağıstan Respublikasının paytaxtı) litseylərindən birində son zəng mərasimində məktəbli oğlanlarlər “Qu gölü” baletinə zarafatyana parodiya ilə çıxış ediblər. Oğlanlar balet paçkaları geyiniblər. Elə bu da qalmaqala səbəb olub.
Çıxışın video-yazısı sosial şəbəkədə sürətlə yayılıb və tezliklə yeniyetlər əsl bullinqə məruz qalıblar.
“Biyabırçılıq, onları Dağıstandan qovmaq lazımdır, təcili!” – şərhlərdə yazıblar.
“Bütün Qafqaz, bütün Rusiya üçün biabırçılıq!”
“Onlar kişi, döyüşçü, cigit obrazını sındırırlar”.
“Qadınlar da ağlamaq əvəzinə gülürlər”.
“Tfu, biabırçılıq, utanc və ayıb. Övladlarınızı kimlərə oxşadırsız, valideynlər? Siz müsəlmansız, ya kimsiz?”
Oğlanları müdafiə cəhdləri də olub, amma bu şərhlər çox az gözə dəyib:
“Əgər komik rəqsi belə ciddi qəbul edirsizsə, əsl biabırçılıq sizsiz”, – istifadəçilərdən biri yazıb.
Yerli məmurlar da məsələdən kənarda qalmayıb. Dağıstanın İctimai Palatasının üzvü Şamil Xadulayev yeniyetmələrin məktəbdə keçirilən bayramda çıxışını “günaha doğru ilk addım” kimi dəyərləndirib.
“Hətta zarafat qismində də bidə bu alqışlanmır. Üstəlik orada biri o birinin üstünə tullanır, o da onu tutur. Bizdə əllə salamlaşmaqdan başqa təmas qəbul olunmur” – Xadulayev izah edib. – “Hətta balaca oğlana da bizdə böyük kişi kimi münnasibət göstərilir. Onunla böyük insan kimi danışırlar”, – o əlavə edib.
Dini liderlər də fikirlərini ifadə edblər.
“Respublika müftiliyi Maxaçkala litseylərindən birində baş verən bu hadisənin detallarını araşdırmaq qərarına gəlib. Bu məqsədlə məktəb rəhbərliyini və valideynləri müfti köməkçisi İdris Əsədullayev və Maxaçkala Maarif Şöbəsinin rəhbəri Əli Sultanov ziyarət edib. Onlar vəziyyəti müzakirə edib və optimal çıxış yolu tapmağa çalışıblar”, – mayın 25-də Dağıstan Müftiliyi öz Instagram səhifəsində məlumat verib.
Litsey əməkdaşı “Kavkazskiy uzel” saytına bildirib ki, tamaşaçılar yuxarı sinif şagirdlərinin hazırladıqları rəqsi kifayət qədər adekvat qarşılayıblar:
“Zalda olanların hamısı anladı ki, bu yumordur. Uşaqlar sadəcə müzkl hazırlayıblar. Onlar yaxşı şagirdlərdir, mənəvi formalaşmış, əlaçı, fəal. Onlar həmişə müsabiqələrdə, olimpiadalarda iştirak edirlər. Onlar yer tutub, mükafatlar qazanıblar. Biz indi hamımız şokdayıq ki, bu rəqsə görə onların üstünə düşüblər”, – pedaqoq deyib.
“Kavkazskiy uzel” yaranmış vəziyyəti Dağıstan Universitetinin əməkdaşı, psixoloq Sergey Çepaşvili ilə müzakirə edib.
“Kişilər qadın rolu oynayanda həmişə gülməli olur. Bir çox komediya filmləri, həm Amerika, həm sovet, buna əsaslanıb. Zaman dəyişir və hər şey fərqli formada qəbul olunur”, – Çepaşvili deyib.
Baletlə bağlı hadisə müəyyən adamların özlərinə diqqət çəkmək cəhdidir – tanınmış dağıstanlı jurnalist və hüquq müdafiəçisi Svetlana Anoxina hesab edir.
“İnsanlar ya anlamırlar, ya da anlamaq istəmirlər. Bəlkə onlar sadəcə istəyirlər ki, nəsə dəhşətli bir şüy baş versin və onlar da buna qarşı mübarizə apara bilsinlər. Bütün dəhşətli şeylərin isə həmişə seksə və bədənə aidiyyatı olur. Qalan heç nə onları dəhşətə gətirmir”, – jurnalist deyib.
O qeyd edib ki, bu insanlar “qəzəblərini ifadə etmək istəyirlər, amma bütün başqa sahələrdə buna cəsarət edə bilmirlər”. “Onlar öz həyatlarına hakim deyillər, çox şeydən qorxurlar. Və budur, nəhayət, ümumi səs-küyə, qəzəbli səslərə qoşulmaq imkanı yaranıb”.