Ceyhun Bayramov Azərbaycan-Rusiya münasibətlərinin normallaşması fonunda Ukraynaya səfər edib
Ceyhun Bayramovun Ukraynaya səfəri
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 6 avqustda Ukraynaya rəsmi səfər edib. Bu, Rusiyanın 2022-ci ildə başlatdığı genişmiqyaslı işğaldan sonra Azərbaycan XİN rəhbərinin Kiyevə ilk səfəridir.
Bayramov səfərinə İrpindən başlayıb, ukraynalı istehsalı olan dron sərgisinə baxıb, XİN-də həlak olmuş müdafiəçilərin xatirə memorialına əklil qoyub, xarici işlər naziri Andriy Sıbiha, Prezident Volodimir Zelenski, Prezident Ofisinin rəhbəri Kirilo Budanov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşüb.
The Minister of Foreign Affairs of the Republic of Azerbaijan 🇦🇿@Bayramov_Jeyhun met with @Kyrylo_Budanov, Head of the Office of the President of Ukraine 🇺🇦 during his official visit to Ukraine.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 6, 2026
The sides commended the intensive political dialogue and high-level contacts… pic.twitter.com/ZAf6bdfRkd
Ən diqqətçəkən bəyanatlardan biri isə Azərbaycanın zəruri hallarda Ukraynaya təbii qaz təchiz etməyə hazır olması və Ukraynanın yeraltı qaz anbarlarından regional enerji təhlükəsizliyi üçün istifadə imkanlarının müzakirəsi olub.
Bu hadisələr regional və beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan-Rusiya münasibətləri kontekstində: iyulun ortalarında Bayramov Moskvada Sergey Lavrovla görüşərək “çətin dövrün” arxada qaldığını və münasibətlərin tam normallaşdığını bildirib. Bir neçə həftə sonra isə Kiyevdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyib, enerjidə diversifikasiya siqnalları verib.
Bu, Bakının çoxvektorlu, balanslaşdırılmış siyasətinin əyani nümunəsidir – Rusiya ilə dialoqu saxlamaqla yanaşı, Ukraynaya humanitar və potensial enerji dəstəyini davam etdirmək.
Minister of Foreign Affairs of the Republic of Azerbaijan🇦🇿 @Bayramov_Jeyhun met with @IhorKlymenkoUA, Secretary of the National Security and Defense Council of Ukraine🇺🇦 during his official visit to Ukraine.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 6, 2026
The importance of maintaining peace, stability and sustainable… pic.twitter.com/k59QcGZuU1
İrpinə səfərin simvolik və praktiki əhəmiyyəti
İrpin 2022-ci ildə Rusiyanın Kiyevə irəliləyişini dayandıran şəhərlərdən biri kimi yadda qalıb; yüzlərlə mülki şəxs həlak olub, mənzil fondunun 70 faizindən çoxu dağıdılıb.
Azərbaycan burada bərpa işlərinə töhfə verib.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) August 6, 2026
Nazir akademik Zərifə Əliyeva adına parkda onun büstü önünə gül qoyub, Azərbaycanın dəstəyi ilə bərpa olunan Zərifə Əliyeva adına linqvistik liseyi və İrpin Mərkəzi Şəhər Poliklinikasını ziyarət edib. O, gələcək layihələr, o cümlədən, Mədəniyyət Evinin bərpası barədə məlumatlandırılıb.
Zelenski öz paylaşımında qeyd edib ki, Bayramov məktəb, xəstəxana və Azərbaycanın dəstəyi alan reabilitasiya mərkəzində olub. İrpinə səfər həm Ukraynaya humanitar həmrəyliyi, həm də Azərbaycanın öz işğaldan azad olunmuş ərazilərindəki bərpa təcrübəsini paylaşmaq istəyinin göstəricisi hesab edilir.
I received Azerbaijan’s Minister of Foreign Affairs, @Bayramov_Jeyhun. This is the Minister’s first visit to Ukraine since the beginning of Russia’s full-scale invasion. He began his visit in Irpin, where he visited a school, a hospital, and a rehabilitation center supported by… pic.twitter.com/7HTLIaz3EF
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) August 6, 2026
Bildirilir ki, Rusiya tərəfindən dağıdılmış şəhərdə bərpa işlərini yerində görmək və dəstək vermək, Moskva ilə münasibətlərin “normallaşması” fonunda da Bakının mövqeyinin dəyişmədiyini – ərazi bütövlüyü prinsipinə sadiqliyini nümayiş etdirmək istəyini vurğulayır.
XİN-də rəsmi qarşılanmadan sonra Bayramov və Sıbiha ukraynalı istehsalı olan pilotsuz uçuş aparatlarının (UAV) sərgisinə baxıblar. Daha sonra Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialına əklil qoyaraq ehtiram göstəriblər.
Görüşlər və qaz bəyanatı
Xarici işlər naziri Sıbiha ilə genişləndirilmiş görüşdə strateji tərəfdaşlıq, ticarət, enerji, nəqliyyat, humanitar sahələr və regional təhlükəsizlik müzakirə olunub. Bayramov hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasını, beynəlxalq hüquqa əsaslanan diplomatik həlli və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycanın humanitar yardımı 50 milyon dollardan artıqdır. Nazir həmçinin İrpindəki layihələr və uşaqlar üçün reabilitasiya proqramlarını da vurğulayıb.
Zelenski ilə görüşdə Rusiya hücumları, Qara dənizdəki vəziyyət, taxıl dəhlizlərinin blokadası, müdafiə tərəfdaşlığı, enerji, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlıq müzakirə edilib.
Zelenski isə Azərbaycana enerji və humanitar dəstəyə, konstruktiv dialoqa görə təşəkkür edib. Bayramov öz növbəsində Cənubi Qafqazdakı postmünaqişə reallıqları və azad olunmuş ərazilərdəki bərpa işləri barədə məlumat verib.
As part of his official visit to Ukraine 🇺🇦, FM of Azerbaijan 🇦🇿 @Bayramov_Jeyhun visited the Embassy of Azerbaijan in Kyiv.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 6, 2026
The Minister met with the Embassy staff and received a comprehensive briefing on the Mission’s activities. pic.twitter.com/UPqN5Hn9rx
Birgə mətbuat konfransında Bayramovun qaz bəyanatı xüsusi diqqət çəkib: “Əgər ehtiyac yaranarsa, dost Ukraynaya da qaz təchiz etməyə hazır olacağıq”.
O, SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyətini, Ukraynanın Avropanın ən böyük yeraltı qaz anbar sisteminin regional enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.
Bu, həm Ukraynanın enerji diversifikasiyasına, həm də Xəzər qazının Avropaya alternativ marşrutlarla çıxışına dair siqnaldır. Rusiya kontekstində, Moskva Ukraynanın cənub enerji infrastrukturunu hədəf alarkən, Bakının belə təklifi enerji sahəsində rəqabət və diversifikasiya reallığını daha da aktuallaşdırır.
Budanov və Klimenko ilə görüşlərdə də regional və beynəlxalq təhlükəsizlik, enerji əməkdaşlığı perspektivləri müzakirə olunub. Tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərini təsdiqləyiblər.
Ekspert: “Azərbaycan Ukraynaya siyasi, iqtisadi və humanitar dəstəyini əsirgəməyəcək”
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, hökümətə yaxın siyasi şərhçi Elxan Şahinoğlu bu səfərin Rusiyanın diqqətində olduğunu yazıb:
“Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini diqqətlə izləyəcək. Azərbaycanın istənilən dövlətlə tərəfdaşlığı ölkəmizin müstəsna hüququdur və buna heç bir dövlət qarışa bilməz.
Bununla yanaşı Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Kiyevlə əməkdaşlıq edənləri də hədəfində saxlayır. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Qordonun iki il dalbadal dövlət başçısına verdiyi eyni suala “Ukrayna işğalla barışmamalıdır” cavabı Rusiyadakı şovinist dariələrin qəzəbinə səbəb olub. Bunlara elə gəlir ki, Azərbaycan Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını həzm etməlidir.
Ceyhun Bayramov bir müddət əvvəl Moskvaya səfər etdiyi kimi, bu gün də Kiyevə səfər edib. Ukrayna Azərbaycanın tərəfdaşıdır və bu ölkəyə siyasi, iqtisadi və humanitar dəstəyini əsirgəməyəcək”.
Ceyhun Bayramovun Ukraynaya səfəri