Çexiya prezidenti Miloş Zeman REUTERS/Matej Stransky
Çexiya prezidenti Miloş Zeman Avropa Şurasına təklif edib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi müzakirə olunsun.
Ukraynanın Hromadsketelekanalı Çexiyanın “SeznamZpravy” nəşrinə istinadən məlumat verib ki, Praqa qəsrində Çexiya səfirləri ilə görüşü zamanı Zeman Rusiyaya qarşı sanksiyaların əlleyhinə çıxış edən ölkənin baş naziri Andrey Babişin mövqeyi ilə razı olduğunu qeyd edib.
“Bu məhdudiyyətlər heç kimə sərf etmir. Mən şadam ki, baş nazir açıq şəkildə onların səmərəsiz olduğunu bildirib”, – Çexiya prezidenti deyib.
O, Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi məsələsinin müzakirə olunmasını təklif edib.
“İtaliyanın yeni hökuməti sanksiyalara qarşı çıxış edib, Avstriya da Putinin səfərindən sonra eyni şeyi bəyan edib. Çexiya bu məsələdə fəal olmalıdır”, – Zeman vurğulayıb.
30-31 avqustda Aİ-nin 28 xarici işlər nazirindən hamısı danışıqlar üçün Avstriyada görüşəcək. Britaniya və Suriyada kimyəvi silah tətbiq etməsinə cavab olaraq Londonun Rusiyaya qarşı yeni sanksiyalar təklif edəcəyi gözlənilir.
İyunun 29-da Çerxiyanın baş naziri Andrey Babiş Fransanın Le Figaro qəzeti ilə Aİ-də böyük ehtimalla tezliklə Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı müzakirələrin başlanacağı gümanını paylaşıb. “Mənim özüm hesab edirən ki, Rusiyaya münasibətdə ticarət aparmaq imkanı da mövcud olmalıdır, amma sanksiyalar da saxlanılsın”, – Çexiyanın baş naziri bildirib.