Çerkessk şəhərinin Yeqova Şahidləri Təşkilatı ekstremist qurum kimi tanınıb və ləğv edilməlidir, təşkilatın əmlakı isə dövlətə verilməlidir. Bu hökm fevralın 10-da Karaçay-Çərkəs Respublikasının Ali Məhkəməsi tərəfindən verilib.
Daha əvvəl Respublika Prokurorluğu dini təşkilata qarşı ekstremist materialların hazırlanması və yayılması maddəsi ilə cinayət işi qaldırmışdı. O zaman Yeqova Şahidləri cərimə və ədəbiyyatın müsadirəsi ilə canlarını qurtarmışdı. Amma təşkilat “ekstremist fəaliyyətə” son qoymadığı üçün məsələ məhkəməyə gedib çıxdı.
Rusiya Federasiyasının Baş Prokurorliğu ötən ilin aprelindən Yeqova Şahidləri Təşkilatına qarşı aktiv fəaliyyətə başladı və Rusiya ərazisində “ekstremist fəaliyyətin yolverilməzliyi” ilə bağlı Yeqova Şahidlərinin İdarəetmə Mərkəzinə xəbərdarlıq etdi. O zaman təşkilat nümayəndələri bildirdilər ki, Yeqova Şahidləri Təşkilatının ləğvinə yönəlmiş cəhdləri, icma nümayəndələrinin təqibini və mətnlərin qadağan edilməsini dini diskriminasiya kimi qiymətləndirirlər.
Yanvarın 16-da Moskva şəhər Məhkəməsində prokurorluğun xəbərdarlığından verilən şikayətə baxılıb və prokurorluğa aid sənəd qüvvəsində saxlanılıb. Bu isə o deməkdir ki, təşkilat “pozuntuları aradan qaldırmağa” məcburdur, əks təqdirdə bütün ölkə miqyasında qadağan ediləcək.
2014-cü ildən bu günə qədər RF-də məhkəmə qərarı ilə Yeqova Şahidlərinin yeddi regional şöbəsi ləğv edilib. Taqanroqda qadağaya rəğmən icmanın fəaliyyətinin davam etdirilməsinə görə 16 nəfər məhkum edilib. Hazırda Yeqova Şahidləri ardığılları ilə bağlı nifrət və ya düşmənçiliyi qızışdırmaq və “vətəndaşların haqlarını pozan qeyri-kommersiya təşkilatının yaradılması” maddələrilə dörd cinayət işi qaldırılıb.
Daha əvvəl 2005-ci ildə Moskvanın Qolovin rayon Məhkəməsi Yeqova Şahidlərinin Moskva icmasının ləğvi ilə bağlı hökm çıxarıb.təşkilat nümayəndələri İnsan Haqları üzrə Avropa Məhkəməsində iddia qaldırıblar və 2010-cu ildə Rusiya məhkəməsinin bu qərarının Avropa Konvensiyasının bir sıra müddəalarına zidd olduğu aşkar edilib. İcmanın qeydiyyatı ancaq 2015-ci ildə bərpa edilib.
RF-dəbu gün 100 mindən 150 minə qədər Yeqova Şahidləri – Xristianlığın əsasını Bibliya Tədqiqatçıları Hərəkatından (ingiliscə Bible Students) alan cərəyanın ardıclıları var. Bu cərəyan 1872-ci ildə ABŞ-da Çarlz Rassel tərəfindən yaradılıb. Təşkilatın öz məlumatına görə, bütün dünyada cərəyanın 8 milyindan çox ardıcılı var.