Çeçenlər niyə Fransada ərəblərlə döyüşür və orada Putini dəstək şüarlarının nə işi var
Fransanın Dijon şəhərində iyunun 18-də beş çeçen tutulub, onlar yerli – çeçen və ərəb diasporaları arasında qarşıdurmanın təşklində ittiham olunur, Reuters xəbər verir.
Dərc olunan hesabatda deyilir ki, çeçen diasporası Fransa üçün təhlükə kəsb edir.
“Fransalı çeçenlər”in özləri isə, onların sözlərinə görə, “ərəb narkotik alverçilərinə” qarşı tədbir görməyən Fransa polisini günahlandırır.
Hər şey iyunun 10-da başlayıb, amma indi də vəziyyət tam düzəlməyib. Dijonda buraya xüsusi olaraq gətirilən minlərlə xüsusi təyinatlı və silahlı polis əməkdaşları keşik çəkir.
• Çeçenistandan olan qaçqınlar Belarusda Polşa sərhədinə necə hücum çəkir
• Qorxudulmuş valideynlər övladlarından imtina edir — Çeçenistanda artıq təkcə hüquq müdafiəçiləri və LGBT-ni deyil, həm də yeniyetmələri təqib edirlər
Təxminlərə görə, münaqişə narkotik alverində günahlandırılan ərəb qrupu çeçen yeniyetməni döyəndən sonra başlayıb.
Bundan sonra, şəhərin hər yerində əsl müharibə başlayıb. Sosial şəbəkələrdəki videoda silahlı və maskalı adamlar, yanan avtomobillər görünür, güllə səsləri eşidilir.
Fransa polisinin məlumatına görə, çeçen diasporasının nümayəndələri Dijonda küçələri bağlayırdı, çoxlarının üzündə balaklavlar, əllərində avtomat və bıçaq varıydı.
Çeçen tərəfindən münaqişə iştirakçılarından biri DаilуStorm-a bildirib ki, onlar ərəblərə layiqli cavablarını vermək istəyirlər:
“Onlar özlərini ağa kimi aparır, nəşə satır və dərəbəylik edirlər. Biz onlara izah etdik ki, belə olmaz. Lazım olsa, yenə başa salarıq”.
France Info-nun məlumatına görə, 16 yaşlı çeçen oğlanı döyərkən ərəb qrupu ona deyib: “Biz səni sağ qoyuruq ki, özününkülərə çatdırasan – hər kəsin başına bu iş gələcək”. Bu hadisədən sonra yeniyetmə ağır vəziyyətdədir.
Mətbuat Fransa hakimiyyətinə istinadən xəbər verir ki, çeçen diasporası sosial şəbəkələr vasitəsilə zərər çəkmişin qisasını almağa çağırırdı. Davalarda iştirak edən çeçenlərdən birinin sözlərinə görə, son zamanlar Fransa, Belçika və Almaniyada yaşayan həmyerliləri də şəhərə gəlib.
Yerli medianın məlumatına görə, Fransa kəşfiyyatı Fransa Hüquq Polisi Baş İdarəsinə hesabat göndərərək, çeçen icmasını “ölkə üçün təhlükə” adlandırıb.
Hesabatda deyilir ki, son illərdə çeçenlərlə digər icmalar – əsasən də Şimali Afrikadan gələnlər – arasında qarşıdurmalar daha tez-tez baş verir.
Fransada yaşayan çeçen tarixçisi Mayarbek Vaçaqayev deyir ki, hadisələrin bu cür şərhi doğru deyil.
Oğlanın cəmi 16 yaşı var, liseydə oxuyur. Ona başa salmağa çalışıblar ki, narkotik alverçilərinin tələblərinə riayət etmirsə, bu şəhərdə yaşaya bilməz.
Çeçenlər Dijona gəldilər, narkotik alverçilərini iki gün axtardılar, amma tapa bilmədilər. Və birdən çeçenlər ondan çox maşına minib, təşkilatlanmış şəkildə şəhəri tərk edəndən sonda onlar şəhərdə peyda olur.
Onlar əllərində avtomat oynadaraq “Yaşasın çeçenləri yaxşı edib, öldürən Putin” – deyə qışqırırdılar. Bu sözlərlə yazılar Dijonun hər yerində divarlarda da peyda oldu.
Çeçen diasporası isə sadəcə göstərib ki, öz adamlarını incitməyə imkan verməyəcək, çünki polis heç bir tədbir görmür.
Fransa prezidenti Emmanuel Makron XİN-ə Dijondakı iğtişaşlarda əli olan əcnəbilərin ölkədən çıxarılması məsələsini araşdırmağı tapşırıb, RTL radiostansiyası xəbər verir.