Oyub Titiyev polis əməkdaşları tərəfindən Qroznıda, “Memorial” hüquq-müdafiə mərkəzinin yerli nümayəndəliyinin ofisinə işə gedərkən saxlanılıb.
Titiyevin vəkili daha sonra KİV-ə bildirib ki, hüquq müdafiəçisinə qarşı RF Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə – narkotiklərin qanunsuz yolla əldə edilməsi, saxlanması və daşınması – cinayət işi açılıb.
Çeçenistan polisinin nümayəndələri bildiriblər ki, Titiyevin maşınında “spesifik marixuana qoxulu şübhəli bağlama” aşkarlanıb.
Məhkəmənin qərarı ilə Titiyev iki ay müddətinə həbs edilib. Polislər onun evinə gələrək, Oyub Titiyevin qohumlarını axtarıblar. Çeçenistanda etiraf edici ifadə verməyən müttəhimlərə qarşı qohumları vasitəsilə təzyiq göstərmək praktikası geniş yayılıb.
Əgər Titiyevə qarşı rəsmi ittiham irəli sürülərsə, o, son bir neçə ildə 228-ci maddə ilə mühakimə olunan üçüncü ictimai fəal olacaq. Bir çox ekspertlər hesab edirlər ki, bu yolla Çeçenistan rəhbəri Ramzan Kadırov ona qarşı çıxanlardan canını qurtarır.
Oyub Tibiyev “Memorial”ın Çeçenistan nümayəndəliyinə 2009-cu ildə bu təşkilatın rəhbəri Natalya Estemirova qətlə yetiriləndən sonra rəhbərlik etməyə başlayıb.
“Memorial”ın əməkdaşları Çeçenistanda itkin düşən (çox vaxt oğurlanan) insanların axtarışına kömək edir və yerli sakinlərə hüquqi yardım göstərir.
Baş verən olayla bağlı Avropa Şurasının insan haqları üzrə komissarı kəskin bəyanatla çıxış edib