İyunun 25-i Qroznı meri vəzifələrinin müvəqqəti icraçısı Çeçenistan rəhbərinin bacısı oğlu İbrahim Zakriyev təyin olunub. O, müxtəlif illərdə Çeçenistan rəhbərinin köməkçisi, ölkə başçısı və respublika hökuməti işləri idarəsinin rəhbəri, hökumətdə baş nazirin birinci müavini vəzifələrini tutub.
Çeçenistanda demək olar ki, bütün idarə sistemi şəxsən Ramzan Kadırov və ona yaxın insanlarla bağlıdır. BBC-nin Rusiya xidmətinin hesablamalarına görə, Çeçenistanda 158 iri məmurdan 30 faizi Kadırovun qohumu, daha 23 faizi onun kəndçisi, daha 12 faizi onun dostları və dostlarının qohumlarıdır. Kadırovun qohumlarının altısı respublika rəhbəri administrasiyasında, səkkizi hökumətdə, beşi parlamentdədir.
Regionun güc strukturlarında Kadırovun yeddi qohumu işləyir, respublikanın Federal Miqrasiya Xidməti, Qroznı üzrə yol polisi, və DİN-də də həmçinin. Kadırovun daha doqquz qohumu şəhər və rayon administrasiyalarında, həmçinin müxtəlif əyalət idarələrinin rəhbər vəzifələrinə təyin olunub.
“Kavkazski uzel” məlimat verir ki, politoloqların fikrincə, Çeçenistan rəhbərinin kadr siyasəti onun ailəsinin mövqeyinin möhkəmlənməsinə və Kadırov klanı maraqlarının irəli sürülməsinə yönəlib.