“Elə olur ki, ər döyür”. Çeçenistan rəhbəri 23 yaşlı qızın ölümündə şübhəli bilinənləri müdafiə edib
Çeçenistanın – Rusiya tərkibində respublika – Qudermes şəhərində 23 yaşlı gənc qadın Mədinə Umayeva həlak olub. Qızın ailəsi bildirib ki, o, əri və ailəsinin zorakılığının qurbanı olub. Amma sonra mərhumun anası öz sözlərinə görə Çeçenistan rəhbəri qarşısında üzr istəyib. Bu və ya digər səbəbdən fövqəlgüc sahibi Ramzan Kadırovun xoşuna gəlməyən fikir səsləndirən başqa Çeçenistan sakinləri də tez-tez üzr istəməyə məcbur olurlar.
Çeçenistan prezidenti özü isə açıq şəkildə zorakılıqda şübhəli bilinən ailəni müdafiə edib.
Gənc qızını itirən qadının üzrxahlığı yerli dövlət tülüviziyasında yayımlanıb.
“Hamıdan xahuş edirəm, məni bağışlasınlar”, – Xutmat Davletmizayeva kamera qarşısında deyib. – “Mən haqlı deyildim, insanların dedikləri hər şeyi dinlədim. [Çeçenistan] rəhbərindən və hamıdan üzr istəyirəm”,– o bildirib. Daha sonra mərhumun əmisi də üzr istəyib və onun uşaqlarının atasına qaytarılacağına söz verib.
“Acığın keçəcək, qayıt ərinin yanına”
Mədinə Umayeva iyunun 12-də ölüb. Onun doğmaları bildiriblər ki, Mədinəni əri öldürüb. Gənc qadın bir neçə dəfə döyüldüyü üçün ərindən ayrılmaq istəyib, o, qayınanasından da şikayətlənirmiş.
“Kavkazskiy uzel” saytına müsahibəsində anası qızının əri ilə ölümündən az əvvəlki davası haqda danışıb:
“Bundan bir neçə gün əvvəl Mədinə bizə gəldi, çünki dalaşmışdı [ərinin ailəsi ilə]. Uşaqları isə orda qoymuşdu. Üç gündən sonra ondan xahiş elədim: “Get uşaqlarının yanına, onlarsız nə edəcəksən? Eyni yox, aincikliklər keçəcək, get”.”.
Qızını geri göndərəndən bir gün sonra Xutmat təcili onun yanına getməli olub, çünki Mədinə “qapanıb” vəərinin ailəsi ilə danışmaqdan imtina edib. Anası yenidən qızını inandırmağğa çalışıb vəziyyətlə razılaşsın, özü isə evə gedib. Axşam isə ona deyiblər ki, Mədinənin vəziyyəti pisləşib.
“Biz getdik, mən və iki qızım, o isə artıq ölmüşdü. Şok vəziyyətində idim. Mən onlara yalvarırdım, ağlayırdım: “Niyə gecə basdırırsız? Səhərə saxlayın, qoyun onun yanında gecələyim”.Amma yox, mənə heç meyitini də göstərmədilər. Mənə göstərəndə onu artıq yuyub, kəfənləmişdilər. Ancaq üzünü göstərdilər”, Xutmat deyib.
Ərinin ailəsi məişət zorakılığı ilə bağlı versiyanı qətiyyətlə rədd edib və bildirib ki, Mədinənin ölümünə epilepsiya tutması səbəb olub. O, qeyd edib ki, Mədinənin ərini təmizə çıxarmağa çalışırlar, çünki o, güc strukturlarında işləyir.Mərhumun qohumları meyitin eksqumasiyasına israr ediblər və bu iyunun 20-də baş verib.
Kadırovun sözü
İyunun 24-də dövlət teleşirkətində Mədinə Umayevanın ölümü ilə bağlı xüsusi reportaj gedib. Bu reportajın az qala əsas qəhrəmanı Çeçenistan prezidenti Ramzan Kadırov olub.
O, bildirib ki, meyitin müayinəsi zamanı ölümün zorakılıq nəticəsində baş verdiyinə dair heç bir əlamət aşkarlanmayıb və mərhumun meyitinin ekspertiza edilməsi ilə bağlı qəzəbini ifadə edib, çünki bu milli ənənələrə ziddir. Kadırovun bu sözləri mərhumun anasına ünvanlanıb:
“Bu qızın orqanlarını çıxarıblar, başını qoparıblar. Hətta onu öldürmüş olsaydılar belə, sən ancaq hamını məcbur eləməliydin ki, onlar heç görmədiklərinə and içsinlər. Sən isə öz qızının meyitini çıxarmağa məcbur etmisən”.
Çeçenistan rəhbəri nəvələrinin Xutmat Davletmirzayevanın əlindən alınıb, atasına verilməsini əmr edib.
“Mediazona”nın sitat gətirdiyi videonun fraqmentlərindən birində Kadırov deyir ki, ölən qız “öz nikahından möhkəm yapışmalıydı”, çünki “ərlə mübahisə də olur, dava da, elə də olur ki, ər döyür”, – “Mediazina” Kadırovdan sitat gətirib.
Hüquqşünas şərhi
“İşgəncələrə qarşı Komitənin” hüquqşünası Abubakar Yanqulbayev “Kavkazski uzel” ilə söhbətində qeyd edib ki, Umayevanın rəsmi ölüm səbəbi və rəsmi ekspertiza nəticələri suallar doğurur.
“Versiyalar çox ola bilər. Bizim bu çarxdan gördüklərimiz – qəribə dəfn, hadisə iştirakçılarının qəribə ifadələri – bu hadisənin birmənalı olmadığına dəlalət edir və burada nəinki ilkin yoxlama aparmaq, hətta cinayət işi qaldırılmalı və tam, həqiqi istintaq aparılmalıdır”, – o bildirib.