Türkiyə ilə sərhəddə yerləşən və əsasən etnik ermənilərin məskunlaşdığı gürcü regionu Samsxe-Caxaxetiyanın əhalisi çox narahatdır, – bu haqda yerli xəbər portall Jnews yazır.
Bu narahatlıq eyni vaxtda bir neçə amillə bağlıdır – birincisi, dünyada bu yaxınlarda baş verən terror aktları və regiondakı ümumi fonla, ikincisi isə, Gürcüstanın-Türkiyə sərhədində Karsaxi kəndində açılan yeni buraxılış məntəqəsiylə bağlı. Bu, Axalkalakidən 25 kilometr aralıda yerləşən məntəqə bu yaxınlarda, payızda açılıb, amma artıq açılandan əvvəl narahatlığa səbəb olub – regionun erməni əhalisi açıq şəkildə deyirdi ki, Türkiyə ilə açıq əlaqə onlarda ən azı psixoloji diskomfort yaradacaq. İndi isə yerli əhalinın əsas narazılığı ondan ibarətdir ki, sərhəd sanki birtərəfli qaydada açılıb: deyilənlərə görə, Samsxe-Cavaxetiyanın əhalisinə onu keçmək Türkiyə vətəndaşlarından daha çətindir.
‘Karsaxi’ KM
‘Ermənilər və türklər ümumi dil tapa bilmədilər və tapmayacaqlar da, buna görə də sərhədlərin açılmasından yaxşı heç nə gözləmirəm. Bu sərhədi asanca cinayətkarlar (türk tərəfindən) keçə bilər, o tərəfdən hamını problemsiz buraxırlar’, – anonim sorğu zamanı Jnews respondentlərindən biri dedi.
Jnews veb-portalı yazır ki, regionun ümumtəhsil məktəblərində müəllimlər şagirdlərlə təhlükəsizlik mövzusunda söhbətlər və mini-treninqlər keçirirlər. ‘Müəllimlər xəbərdarlıq edir, deyirlər ki, yad adamlar maşınlarına minməyi ya da hədiyyə təklif edəndə biz razılıq verməyək’, – Jnewsa məktəblilərdən biri dedi.
‘Bizi xəbərdar etdilər ki, yad bir adam bizə qutu hədiyyə etsə, onu götürmək olmaz, bu təhlükəli ola bilər’, – başqa bir şagird dedi.
Jnews-un məlumatına görə, Karsaxidə buraxılış məntəqəsinin açılışından bir qədər sonra Alxalaki qalasının divarında bu sözlər yazılmışdı: ‘Biz qayıdacağıq’. Yazını tez sildilər, amma izi qaldı.