Cənubi Qafqaz şəhərləri Yeni il ərəfəsində - foto və video ekskursiya
Yeni il günləri – rəngarəng işıqlar, aydınlanan heykəllər, günün istənilən saatında bol musiqi deməkdir. Bir də yeni il yolkaları. Hamısını birdən görə bilmək üçün Cənubi Qafqazın altı şəhərinə bir növ ekskursiya təşkil etdik.
Həmişəki kimi JAMnews–da toponimika yerli sakinlərin danışıqlarına uyğun qeyd olunub, şəhərlər əlifba sırası ilə sıralanıb.
Bakı
Video JAMnews
Kamilə danışır:
“Valideynlərim yeni il gecəsində tanış olublar. Bir tanışı anama zəng vurub, bayramını təbrik edib. Öyrənib ki, anam yeni ili valideyləri ilə qarşılayacaq və onu evlərinə dəvət edib. Qaranlıqda anam tək gəlməsin deyə böyük qardaşından xahiş edib ki, onu qarşılasın. O, heç cürə tanımadığı qızı qarşılamağa getmək istəmirmiş, zorla dilə tutublar. İki saat sonra onlar ikisi birllikdə şənliyə gəlib çıxıblar. İki gün əlaqə saxlayıblar, üçüncü gün atam evlənmə təklif edib. O, da razılaşıb. Toy martın 1-də baş tutub”.
Foto JAMnews
Yerevan
Video: Seda Qriqoryan, JAMnews
Samson Mirzoyan danışır:
“İlk dəfə belə yekə yolkanı 1950-ci ildə görmüşdüm. Əlbəttə, o buna oxşamırdı. O bundan qat-qat kiçik idi, amma o vaxt mənə nəhəng görünmüşdü. Meydanda da indiki qədər çox adam yoxdu. Babamın çiynində oturmuşdum. İndiki kimi yadımdadı, əllərim isti əlcəyin içində tərləmişdi – həyəcandan, heyrətdən və sevincdən”.
2017-ci ildə Yerevanın əsas yolkasının quraşdırılması və bəzədilməsinə 22 milyon dram [təxminən 45 min dollar] xərclənib. Yolkanın hündürlüyü 32 metrdir, Ermənistanın müxtəlif vilayətlərindən gətirilmiş 6 min budaqdan ibarətdir.
Ümumilikdə yeni il bəzək-düzəyinə meriya 54 milyon dram [təxminən 112 min dollar] sərf edib.
Foto: Seda Qriqoryan, JAMnews
Stepanakert
Video: Lusine Tevosyan, JAMnews
“VAY!” – Alvard dekabrın 31-də səhər saat 9-da qohumlarına ancaq bu mesajı çatdırıb göndərə bilib. Salatı hazırlayıb bitirə bilməyib, sancıları tutub. O vaxt onun 36 yaşı vardı, həkimlər də qeysəriyyə əməliyyatında israr edirmişlər. O, razılaşıb, amma bir şərtlə ki, qarnındakı kəsik səliqəli olsun. “Axı bundan sonra mən nə vaxtsa çimərliyə gedəcəm”, – Alvard cərraha bildirib. “Axı biz rəssam deyilik”, – həkim tərəddüd edirdi. 11 il keçib, Alvard deyir ki, onun əməliyyatının izindən daha xoşagəlimlisi ola bilməz.
Suxum
Video: Anahid Qoqoryan, JAMnews
Stella danışır:
“Miladı həmişə kənddə, nənəm və babamla qeyd edirdik. Bir dəfə də – mənim onda 10 yaşım vardı – biz həmişəki kimi bütün ailəlikcə babamgildə idik, səs-küy, şənlik vardı. Babam it saxlayırdı, onu çox sevirdim, o həqiqətən də mənim dostum idi. Onun hürdüyünü və kimin gəldiyinə baxmaq üçün çıxdığını eşitdim. Məni görən kimi it vəngildədi, sonra yenə hürdü, ona yaxınlaşdım, çünki bağlı idi, elə bu vaxt adamın kürəyini gördüm. Amma o, adi adama oxşamırdı, çox hündür idi və sanki bütün bədənini tük basmışdı. Onu səslədim, amma o, tez çıxıb getdi. Düşünürəm ki, bu, haqqında mənə çox danışılan “qar adam” idi. Daha sonra anam mənə danışdı ki, ailədə qar adam haqda hekayəni mən özümü pis aparanda məni qorxutmaq üçün uydurublar. Axı mən dəqiq nəsə bir məxluq görmüşdüm? Onun kim olduğu hələ də sirr olaraq qalır”.
Foto: İbrahim Çkadua, JAMnews
Tbilisi
Video: Maxo Berdzenişvili
Nino Quqenişvili danışır:
“2006-cı il gəlirdi. O vaxt Almaniyada oxuyurdum, Yeni ili evdə keçirmək qərarına gəldim. İstanbul aeroportunda tranzit zamanı məlum oldu ki, təyyarəyə olan yerlərdən daha çox bilet satıblar və çox yalvarsam da, məni təyyarəyə mindirmədilər. Sonra mən kafedə oturub, ağlayırdım, düşünürdüm ki, bu kino olsaydı, yaraşıqlı bir gənc oğlan peyda olmalı və dərhal mənə bir könüldən min könülə aşiq olmalı idi. Amma bunun əvəzində mən yuxuya getdim, oyananda isə məlum oldu ki, kimsə gödəkcəmi oğurlayıb. Amma bu hekayə yeni ilin yaxşı başlanğıcı oldu. Mən gözlənilmədən Almaniyada təhsilimi davam etdirmək imkanı qazandım, qardaşımın ailəsində isə uşaq dünyaya gəldi”.
Sxinval
Video JAMnews
Cənubi Osetiyada ötən il 27 rəqəmini müqəddəsləşdirmək qərarına gəliblər. 2017-ci ildə respublikanın 27 yaşı tamam olub – bu tarixin şərəfinə isə dekabrın 27-də 27 Şaxta Baba çiyinlərində kisə ilə səhər tezdəndən başlayaraq şəhərdə gəzərək, qarşılarına çıxan hər kəsə şirniyyat paylayıblar.