“Cənubi Osetiyanın Qırmızı Kitabı” nəşrə hazırlanır
Paylaşmaq
Paylaşmaq
Respublikanın nadir və tükənmək üzrə olan heyvan və bitki növlərinin daxil ediləcəyi ilk “Cənubi Osetiyanın Qırmızı Kitabı” bu ilin aprelində nəşr olunacaq. Bu haqda Cənubi Osetiyanın Geologiya, Ekologiya və Təbiətdən İstifadə Komitəsinin sədr müavini Alan Xarebov məlumat verib.
Onun sözlərinə görə, Cənubi Osetiyada belə unikal nəşr hələ olmayıb. Kitabın tərtibatında Cənubi Osetiya alimlərinə Şimali Osetiyadan olan həmkarları və Soçi Milli Parkının əməkdaşları kömək ediblər.
Kitab üçün materialların toplanmasına hələ 2011-ci ildən başlanıb. 2013-cü ilin iyununda isə CO hökuməti “Cənubi Osetiyanın qırmızı kitabı”nın nəşr edilməsinin vacibliyi haqda xüsusi qərar qəbul edib.
Kitabın hazırlanması və nəşrini respublika hökuməti maliyyələşdirir.
“Cənubi Osetiyanın Qırmızı Kitabı” ən geci 10 ildən bir təkrar nəşr olunacaq.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və baxışlarını əks etdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.