Cənubi Osetiyanın məşhur inqilabçısı Alla Cioyeva
Cənubi Osetiya prezident seçkiləri gününə, 9 aprel tarixinə getdikcə daha gərgin vəziyyətdə yaxınlaşır. Qalmaqallar, ittihamlar, etirazlar respublikada artıq 2017-ci ilin əvvəlindən başlayaraq, normaya çevrilib.
Seçkilərdə iştirak üçün üç namizəd qeydiyyatdan keçib: indiki prezident Leonid Tibilov, indiki spiker Anatoli Bibilov və yerli DTK əməkdaşı Alan Qaqloyev.
Hər üç namizəd haqqında dəfələrlə JAMnews-da və başqa mediada yazılıb. Bunlar siyasətə qayıdan və prezidentə namizəd qismində qeydiyyatdan keçməsə də müxalif qüvvə olaraq xeyli fəal və nüfuzlu olan keçmiş prezident Eduard Kokoytıya da aiddir.
Bu dəfə JAMnews seçkilər ərəfəsində Cənubi Osetiyanın bu günkü siyasi məkanının formalaşmasının bilavasitə iştirakçısı olan Cənubi Osetiyanın məşhur siyasi xadimi Alla Cioyevadan Cənubi Osetiyadakı vəziyyəti şərh etməyi xahiş etdi.
Onun haqqında qısa məlumat:
Alla Cioyeva 2002-ci ildən Cənubi Osetiyanın təhsil naziri olub. O vaxtkı prezident Eduard Kokoytını kəskin tənqid edirdi və 2008-ci ilin fevral ayında vəzifəsindən azad edildi. Eyni zamanda da ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsiylə cinayət işi açılmışdı.
Buna cavab olaraq Cioyeva bildirdi ki, ona qarşı başlanan proses cinayət deyil, siyasi xarakterlidir və 2011-ci il prezident seçkilərində öz namizədliyini irəli sürdü.
Respublikaya yeni iqtisadi və siyasi gələcək və Moskvadan daha az asılılıq vəd edən Alla Cioyeva o vaxt günün qəhrəmanına çevrildi.
Həmin seçkilərdə onun əsas rəqibi indiki spiker və prezidentliyə namizəd Anatoli Bibilov idi.
27 noyabr 2011-ci il tarixində Alla Cioyeva təxminən 52 faiz səs toplayaraq, seçkilərin ikinci turunda qalib gəldi. O, hətta MSK-dan qələbəsini təsdiq edən protokol da aldı.
Sonra isə Cənubi Osetiyanın Ali Məhkəməsinə seçkilər prosesində pozuntular aşkar edən və nəticələri ləğv edən iddia təqdim olundu. Buna cavab olaraq Cioyeva özünü prezident elan etdi, Dövlət Şurasını formalaşdırdı və özünün inauqurasiyası tarixini də təyin etdi – 10 fevral 2011-ci il.
Amma bunun ərəfəsində xüsusi təyinatlı polis dəstəsi onun seçkiqabağı qərargahına hücum çəkərək, zor gücünə Alla Cioyevanı Baş Prokurorluğa dindirilməyə aparmağa çalışdı. Nəticədə Cioyeva hipertonik kriz keçirdi, huşunu itirdi, prokurorluq əvəzinə də xəstəxanaya aparıldı. Xəstəxanada bütün bədənində qançır və zədə izləri qeydə alındı.
Həmin hadisələr “Qış inqilabı” adını aldı, həmin günlərdə Cənubi Osetiyada çoxlu qar yağdı.
Bir il sonra, 2012-ci ilin may ayında Alla Cioyeva Cənubi Osetiya hökumətinin sədr müavini vəzifəsinə təyin edildi, sosial sahəni idarə etməli idi. 2014-cü ildə bu vəzifəni tərk etdi.
Alla Cioyeva “Osetiya – Azadlıq meydanı” partiyasına başçılıq edir və fəal siyasətə qayıtmaq niyyətindədir. “Partiyamızın xalqımıza deməyə sözü var”, – Alla Cioyeva deyir.
Officials still trying to ‘buy out’ their sons from army service in Armenia