Cənubi Osetiyanın paytaxtında peyda olmuş guyə bəzi məktəblərdə terakt hazırlayan şübhəli insanlar barədə məlumat ildırım sürəti ilə şəhərə yayıldı. İnsanlar bir birənə zəng vurub ehtiyyatlı olmaqa xahiş edirdilər. Valideyinlərin bir çoxu məktəblərə zəng edib, vəziyyətin nə yerdə olmasını soruşurdular. Məktəblərdə isə, hər halda noyabrın 21, hər şey həmişəki kimi idi. Bütün Cənubi Osetiyada olduğu kimi.
Bu şaiyələrə görə Cənubi Osetiyanın prezidenti təcili müşavirə çağırdı. Əhalini inandırdılar ki, respublikada terrorçuların peyda olması haqqında məlumat əsassızdır. Buna baxmayaraq, qüvvəli strukturlar fövqəladə rejiminə keçirilib. Məktəblər, baxçalar və tibbi təşkilatlar gücləndirilmiş nəzarət altına götürülüblər.
Müşavirədə təhlükəsizliyin artırılması üzrə uzunmüddətli plan müzakirə edilirdi. O cümlədən, məktəblərdə buraxılış məntəqələrin, videoçəkiliş sistemlərinin və xüsusi turniketlərin quraşdırılması təklifi edildi.
Həmçinin su anbarların və subölüşdürücü stansiyaların qorunmasını gücləndirmək əmrini şəxsən prezident verdi.
Yerli media strukturları vasitəsi ilə Cənubi Osetiya Respublikasının daxili işlər nazirliyi və Cənubi Osetiya Respublikasının dövlət təhlükəsizlik komitəsi əhaliyə çaxnaşmaya düşməmək xahişi ilə müraciət etdilər. Məktəblərdə yoxlamalar keçirildi. Rəsmi nəticələr açığlanmır, amma bu gün artıq söz-söhbət gəzir ki, bu şayiələri zarafat etmək istəyən yeniyetmələr qruppu yayıb.