Cənubi Osetiyada prezident seçkilərinin ilk turundaca Anatoli Bibilov qalib gəlib
Paylaşmaq
Paylaşmaq
Rəsmi məlumata görə, Cənubi Osetiyada keçirilən prezident seçkilərində hazırkı parlament spikeri Anatoli Bibilov qalib gəlib. Onun nəticəsi 57,98 faizdir. Hazırkı prezident Leonid Tibilov 30 faiz, digər namizəd, yerli DTK əməkdaşı Alan Qaqloyev isə 11 faiz səs toplayıb. Cənubi Osetiya, Şimali Osetiya, Moskva və Abxaziyada açılan seçki məntəqələrinə seçicilərin iştirakı 81 faiz təşkil edib.
Leonid Tibilov öz seçki kampaniyasını “Stabillik və inkişaf” şüarı altında təşkil etmişdi. Anatoli Bibilov hazırkı hakimiyyəti səmərəsiz fəaliyyətinə görə fəal şəkildə tənqid edirdi. Seçki prosesi çoxsaylı qalmaqallarla və qanun pozuntuları ilə bağlı qarşılıqlı ittihamlarla davam edirdi.
Müşahidəçilər gözlənilməz fakt kimi Leonid Tibilova hətta Rusiya prezidenti Vladimir Putinlə az əvvəl baş tutan görüşün də kömək etmədiyini qeyd edirlər. Adətən bu arqument Cənubi Osetiya seçiciləri üçün böyük əhəmiyyət kəsb edir.
Prezident seçkiləri ilə eyni zamanda Cənubi Osetiyanın adının dəyişdirilməsilə bağlı referendum da baş tutub. Referendum iştirakçılarının 78 faizi onun Cənubi Osetiya Respublikası – Alaniya Dövləti adlandırılmasının lehinə səs verib.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və baxışını əks etdirir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.