Cənubi Osetiyada görkəmli vətəndaşların ilk Milli Panteonu yaradılıb. Cənubi Osetiya prezidenti Anatoli Bibilov bununla bağlı müvafiq fərman imzalayıb.
Panteon Sxinvalın qərb hissəsində, Tbet kəndinə gedən yolda yerləşir. Daha əvvəl bu yerdə Vətən müdafiəçilərinin xatirəsinə memorial inşa etmək planlaşdırılırdı.
İyunun 25-də ilk təntənıli dəfn mərasimi keçirilib – Cənubi Osetiya ölkənin elm və mədəniyyətinin görkəmli nümayəndəsi Nafi Cusoytı ilə vidalaşıb. Bu gün matəm günü elan olunub.
Yaxın zamanda mərhumun qardaşının, hazırda məzarə Şimali Osetiyanın Noqir kəndində olan tanınmış osetin şairi Taymuraz Xacetanın cənazəsinin də bura köçürüləcəyi ehtimal olunur.