Cənubi Osetiyada növbəti məktəb buraxılışıyla bağlı ənənəvi ajiotaj yaşanır. Uşaqları olan hər kəs və hətta onların qonşuları – hamı fotosessiya və rəqs gecəsi üçün paltar axtarışı prosesinə qoşulub. Bayramın özü mayın 27-də baş tutacaq.
Təbəssümün fotosessiya zamanı qəşəng alınması üçün fotoqraf 3 saylı Sxival məktəbinin dördüncü sinif şagirdlərinə ingilis “cheese” sözünün analoqu olan “çitri” dedirdir, bu da osetin dilində “xiyar” deməkdir.
Bu il Cənubi Osetiyada 453 məzun olacaq. Onlar üçün “Son zəng” mayın 27-də çalınacaq.
2016-cı ilin bu günü JAMnews Cənubi Osetiyada buraxılış bayramlarında ziyafət paltarlarının trendləri barədə danışıb. Bir neçə ən yadda qalan fasonu xatırladırıq.