“Rusiya prezidenti Vladimir Putinin Cənubi Osetiya Respublikasının prezidenti Leonid Tibilovla görüşü yaxın zamanlarda baş tutacaq. İki ölkə prezidenti Cənubi Osetiya silahlı qüvvələrinin ayrı-ayrı bölmələrinin RF silahlı qüvvələrinin tərkibinə keçməsi qaydası haqqında ikitərəfli razılaşmanı, həm də respublikada pensiya və maaşların planlaşdırılmış artımını müzakirə edəcək”, – Rusiyanın “İnterfaks” agentliyinin xəbər verdiyinə görə, bunu RF prezidentinin köməkçisi Vladimir Surkov bildirib.