Cənubi Osetiyanın prezidentliyinə namizədləri telestudiyada kimin necə oturması ilə bağlı razılığa gəlməyiblər və teledebatları pozublar
Cənubi Osetiyada prezidentliyə namizədlərin və onların etibarlı nümayəndələrinin seçkiöncəsi teledebatları baş tutmayıb. Səbəb siyasi fikir ayrılığı deyil, hərçənd onların da azlığından şikayət etmək olmaz.
Birbaşa yayımın pozulmasının səbəbi “İr” teleradioşirkətinin balaca studiyasına təşrif buyurmuş namizədlərin kimin harda oturması ilə bağlı öz aralarında razılığa gəlməməsi olub.
Cənubi Osetiyada prezident seçkiləri aprelin 9-u keçiriləcək. Prezidentliyə üş namizəd qeydiyyatdan keçib: hazırkı prezident Leonid Tibilov; hazırkı spiker Anatoli Bibilov və yerli DTK-nın əməkdaşı Alan Qaqloyev.
“Rec” rəsmi informasiya agentliyinin xəbər verdiyi kimi, “efirin pozulmasına səbəb namizdələrdən birinin – Anatoli Bibilovun iştirakçıların birbaşa efir studiyasında yerləşdirilməsi ilə bağlı “İr” teleradioşirkətinin rəhbərliyi ilə razılaşmaması olub. Həmçinin namizəd olan DTK əməkdaşı Alan Qaqloyevsə rəqibi Bibilovun kimin necə oturması ilə bağlı verdiyi təkliflə razılaşmayıb”.
Dövlət rəhbərliyi vəzifəsinə namizədlərdən savayı, onların etibarlı nümayəndələri də birbaşa yayımda iştirak etməli idilər.
Cənubi Osetiya bloggeri Alan Parastayev bu olayda müsbət kontekst tapıb. O özünün “Kavkazskiy uzel” bloqunda arqumentləri sadalayıb:
• “Gündəmə rəng qatıblar – kim bunu gözləyirdi ki. Daha çox seçkilərin pozulmasını gözləyirdilər, amma debatları yox.
• Bu, yarım saat ərzində özünü tərifləməkdən və alçaldıcı tənqiddən heç də az (siyasi) informativ deyil.
• Hər bir namizəd özünü necə görürsə, elə o cür də göstərib: Bibilov hər kəsi yerində otuzdurar. Qaqloyev sadəcə hər kəsə özünü göstərər. Tibilov hər kəsi barışdırar.
• Televiziyada debatlar üçün yeni studiya hazırlayacaqlar».
Hazırkı seçkiöncəsi kampaniyanın gedişatında “İr” studiyasının birbaşa efirində debatlar artıq bir neçə dəfə keçirilib. İlk debatlarda namizədlərin hər üçü – prezident Leonid Tibilov, parlament spikeri Anatoli Bibilov və DTK əməkdaşı Alan Qaqloyev iştirak edib. Növbəti iki debatda bir dəfə Tibilov, ikinci dəfə Bibilov iştirak etməyib.
Nümunə kimi 2017-ci il martın 24-də keçirilmiş debatlar.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər