Cənubi Osetiyada sərhəd zonasında qalmaq qaydaları sadələşdirilib
Cənubi Osetiyada Gürcüstanla sərhəd rayonda hərəkət qaydaları dəyişdirilib, bu haqda respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat verib.
Qərara alınıb ki:
- Yeddi kənd inzibati olaraq sərhəd rayonunun tərkibindən çıxarılsın, bu da o deməkdir ki, orada indən belə Cənubi Osetiyanın digər əraziləri üçün keçərli olan adi hərəkət qaydaları hökm sürəcək.
- Ərazisinin bir hissəsi sərhəddən yüz metr və daha az məsafədə yerləşən kəndlərdə hərəkət qaydaları sadələşdirilsin. Bundan sonra orada yaşayan və ya ora gələn respublika vətəndaşlarının üzərində pasport və ya xidməti vəsiqə olsa kifayətdir. İndiyə qədər sərhəd zonasında olmaq üçün Cənubi Osetiya Sərhəd Xidmətindən xüsusi icazə sənədi almaq lazım idi.
- Sərhəd zonasında qalmaq rejiminin liberallaşdırlıması sadəcə bu kəndlərin sakinlərinə aid edilir. Söhbət Gürcüstana keçid məntəqələrinin açılmasından getmir.
Sərhəd zonasında qalmaq qaydalarına edilən dəyişikliklər əcnəbi vətəndaşlara aid edilməyib. Onlar əvvəlki kimi xüsusi icazə vərəqəsi almalıdırlar.
Jurnalist, ekspert Yuri Vazaqov “Exo Kavkaza” internet portalına verdiyi şərhdə bildirib:
“Hökumətin bu qərarı sərhəd kəndlərinin sakinlərinin həyatlarını rahatlaşdırmağa yönəlib. İndi bu zonada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq daha rahat olacaq. Əvvəllər elə vəziyyət olurdu ki, pasportlarını özlərilə götürməli və ya icazə almalı olurdular, sutkanın saatları ilə bağlı məhdudiyyətlər vardı. Əvvəlki hakimiyyətlər dövründə də sakinlər bu məsələni qaldırıblar, çətinliklər və fikir ayrılığı vardı, indi isə hökumət məsələni həll etdi”.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır