Cənubi Osetiyada ilk dəfə moda nümayişi keçirilib
Sxinvalda böyük ictimai hadisə olan respublikanın tarixində ilk dəfə moda sərgisi keçirilib.
Sxinvalda doğulub böyümüş gənc dizayner Xox Bekoyev öz kolleksiyasını nwmayi. etdirib. 30 yaşlı Bekoyev “BEKOEV” brendi altında öz kolleksiyasını təqdim edən ilk yerli dizaynerdir.
Nümayiş “Bereq” restoranının podium kimi hazırlanan banket zalında keçirilib. Manekenlər isə Vladikavkazın “Almast models” agentliyinin modelləri, həm də dizaynerin yerli rəfiqələri olub.
Ümumilikdə qırmızı və ağ çalarlarda 57 paltar təqdim olunub. Uzun qollu , osetin ornamentləri ilə işlənmiş geyimlər xüsusi alqışlara layiq görülüb.
Xox Bekoyev 2016-cı ilin qışında atelye açıb, həmin ilin sentyabrında isə özünün bu ilk kolleksiyasını hazırlamağa başlayıb. Ən birinci tikdiyi isə altı yaşlı qardaşı qızı üçün paltar olub.
Kolleksiyaya və nümayişə hazırda Cənubi Osetiyanın prezidenti, o vaxtlar isə sadəcə “Vahid Osetiya” partiyasının (respublikada indiki hakim partiyanın) lideri olan Anatoli Bibilov sponsorluq edib. Anatoli Bibilov da nümayişi izləyənlər arasında olub.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır