Cənubi Osetiyada Hard rock
“Бόнвæрнон” dan ulduzu Veneranın osetin dilindəki adıdır. Cənubi və Şimali Osetiyada ən məşhur və ən yaşlı rok-qrup belə adlanır. Məhz bu qrup az əvvəl Sxinvalda başa çatan musiqi festivalının mərkəzinə çevrilmişdi.
2016-cı ildə “Бόнвæрнон” qrupunun 45 yaşı tamam oldu. Sosial şəbəkələrin Osetiya qövmündə gedən müzakirələrdə beş il əvvəl Cənubi Osetiyanın o vaxtkı prezidenti Eduard Kokoytı bu qrupu konsertdə təqdim edərkən, “Бόнвæрнон” qrupunun “Bitlz” qrupundan az sonra yaradıldığını dediyini xatırlamışdılar.
[pullquote] “Бόнвæрнон” qrupunun “Bitlz” qrupundan az sonra yaradıldığını dediyini xatırlamışdılar. [/pullquote]
Yubiley gününə həsr olunmuş rok-festival Sxinvalda “Olimp” idman kompleksinin ərazisində baş tutmuşdu və Cənubi Osetiyanın hazırkı prezidenti Anatoli Bibilov tərəfindən dəstəklənmişdi.
“Бόнвæрнон” solistlərindən biri Vadim Xarebov bu yaxınlarda “Фаендыры сконд” adlanan yeni albomunu buraxıb.
Konsertdə “Aсoustic Magic” də daxil olmaqla bir neçə yerli və gəlmə qrup iştirak edib.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır