Cənubi Osetiya, prezident seçkiləri necə keçir. Foto və video
Hər üç namizəd Sxinvaldakı kilsədə olub
Bu gün, aprelin 9-da Cənubi Osetiyada eyni zamanda həm prezident seçkiləri, həm də adının “Cənubi Osetiya Dövləti – Alaniya”ya dəyişdirilməsi ilə bağlı referendum keçirilir
Sosial şəbəkələrdə coşqun müzakirələr gedir, rəsmi məlumatlar isə hələlik aşağıdakı kimidir:
Saat 15.00-a qədər əhalinin üçdə bir hissəsindən daha çoxu səs verib, bu da o deməkdir ki, seçkilər baş tutub.
MSK nümayəndələri bildirib ki, ilkin nəticələr gecə saat 12 üçün məlum olacaq.
Şimali Osetiyadakı məntəqələrdə elə böyük qələbəlik və səs-küy var ki, burada etiraz aksiyasının keçirildiyi təəssüratı yaranır. Amma belə deyil, insanlar sadəcə tez-tələsik səs vermək istəyir və məntəqələrin bağlanmasına qədər hələ çox vaxt var – kimi sözləri eşitmək istəmirlər.
Şimali Osetiyadakı məntəqədə, Oktyabr kəndində seçkilər, videonun müəllifi Tamara Aqkatseva
Cənubi Osetiyada vəziyyət daha sakitdir. Qaynayan ancaq sosial şəbəkələrdir. Amma bu haqda bir qədər sonra.