Cənubi Osetiya pasportlarını “Cənubi Osetiya Respublikası – Alaniya Dövləti”nə dəyişməyəcək
“Cənubi Osetiya Respublikası – Alaniya Dövləti” adının qəbulu vətəndaşların həyatına məişət səviyyəsində dəyişikliklər gətirmir. O cümlədən onlar pasportlarını da dəyişməli olmayacaqlar.
Aprelin 9-da Cənubi Osetiyada prezident seçkiləri ilə yanaşı referendum da keçirildi, bu zaman vətəndaşlar ikinci adın – Alaniya Dövləti adının qəbul edilməsi ilə bağlı da səs verdilər. Bunun lehinə 78 seçici səs verdi.
Söhbət birinci (Cənubi Osetiya) adının ləğv edilməsindən deyil, ikinci adın qəbulundan gedir, Cənubi Osetiyanın xarici işlər naziri Murat Cioyev deyib.
“İndən sonra hər iki ad eynimənalı və hüquqi cəhətdən doğru olacaq… Hər bir insanın bu iki addan birindən istifadə etmək haqqı var. Bu, bizi pasportlarımızı dəyişməyə, rəsmi sənədlərdə düzəlişlər etməyə, dərhal simvolikamızı dəyişməyə vadar etmir. Düzəlişləri ancaq Konstitusiyanın birinci maddəsində etmək lazımdır”, – deyə Cioyev bildirib.
1990-cı illərdə baş tutan Gürcüstan-Osetiya münaqişə dövrlərindən Cənubi Osetiyanın öz ölkəsinin bir hissəsinin olduğuna təkid etməkdə davam edən Gürcüstan həm Cənubi Osetiyadakı seçkiləri, həm də referendumu “qeyri-legitim, bütün beynəlxalq prinsipləri pozan” adlandırır.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bildirib: “Bu aksiyaların heç bir hüquqi nəticələri ola bilməz, onlar beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir və Gürcüstan hakimiyyəti onun müvafiq reaksiya verməsi üçün əlindən gələni edir”.
“Avropa Gürcüstanı” müxalif fraksiyanın nümayəndəsi Serqi Kapanadze Cənubi Osetiyadakı seçkiləri və referendumu “Rusiyanın işğal olunmuş ərazidə fəallığı” adlandırır. Onun fikrincə, “bütün bunların ikili məqsədi var – Qafqaz regionuna təsir göstərmək və baş verənləri Qərblə münasibətlərdə rıçaq kimi istifadə etmək”.