“Vətəndaşlıq haqqında” qanuna dəyişikliklər qüvvəyə minib — bu gündən etibarən keçmiş Gürcüstan vətəndaşları başqa ölkənin vətəndaşlığının alınması nəticəsində itirdikləri vətəndaşlığın bərpa edilməsi üçün Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə müraciət edə bilər.
Dəyişikliklər Gürcüstan Konstitusiyasına edilən və Gürcüstan vətəndaşlarına ikili vətəndaşlıq almağa imkan verən dəyişikliklərlə bağlı olub, “Novosti-Qruziya” xəbər verir.
Gürcüstan vətəndaşlığını bərpa etmək üçün keçmiş Gürcüstan vətəndaşları 31 dekabr 2020-ci il tarixinə qədər Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə müraciət etməlidir.
Qanuna əsasən, vətəndaşlıq keçmiş Gürcüstan vətəndaşı bir neçə meyara cavab verdiyi halda bərpa ediləcək, o cümlədən: müəyyən olunmuş standartlar çərçivəsində gürcü dilini bilir, axtarışda deyil və ya onun barəsində ekstradisiya tədbirləri həyata keçirilimir və ya ölkədən çıxarılmırsa.
Bundan başqa, şəxsə vətəndaşlığın bərpası qaydasında Gürcüstan vətəndaşlığı verildiyi halda onun yetkinlik yaşına çatmayan övladına da vətəndaşlıq veriləcək.