Bu gündən Ermənistanda elektrik enerjisi ucuzlaşdırılıb
Paylaşmaq
Paylaşmaq
Bu gündən etibarən İctimai xidmətlərin tənzimlənməsi üzrə Komissiyanın dekabrın 23-də keçirilən iclasda qəbul etdiyi qərar qüvvəyə minib. Qərara əsasən Ermənistanda elektrik enerjisi tarifi 1,22 dram ucuzlaşacaq.
2017-ci il fevralın 1-dən Ermənistanda elektrik enerjisinə olan gündüz tarifi (7:00-dan 23:00-a qədər) 1kVt/s-a görə 46,2 dram (təxminən 9,5 sent) əvəzinə 44,98 dram (təxminən 9,2 sent) təşkil edəcək.gecə tarifi isə 36,2 dramdan (təxminən 7,5 sent) 34,98 drama (təxminən 7,2 sent) düşəcək.
Bundan başqa, tənzimləyici aztəminatlı ailələr üçün ayrıca tarif nəzərdə tutub. Onlar 1 kVt/s elektrik enerjisi üçün 13,4 faiz az – səhər tarifi ilə 40 dram (8,2 sent), gecə tarifi ilə 30 dram (6,1 sent) ödəyəcəklər.
Yeri gəlmişkən, nəhəng istifadəçilər üçün də xüsusi tarif müəyyənləşdirilib. Onlar üçün səhər tarifi 33,48 dram (təqribən 7 sent) təşkil edir.
Son dəfə elektrik enerjisinin qiyməti 2016-cı il avqustun 1-də ucuzlaşdırılmışdı. O zaman tənzimləyicinin qərarı ilə əhali üçün 1 kVt/s elektrik enerjisinin səhər tarifi 5,3 faiz, gecə tarifi isə 6,7 faiz endirilmişdi.