Aprelin 2-də səhər saat 8.00-da bütün Ermənistan üzrə 2009 seçki məntəqəsi açılıb. Onlar 20.00-da bağlanacaq. Seçkilərdə Ermənistanın 2 564 195 vətəndaşı iştirak edə bilər – seçici siyahılarında məhz bu qədər insan qeydə alınıb.
Səsvermə prosesini 28 mindən çox yerli ictimai və hüquq-müdafiə təşkilatlarından olan müşahidəçi və 600-dən çox xaricdən gələn beynəlxalq missiya üzvü izləyəcək.
Ermənistanın seçki tarixində ilk dəfədir ki, Ermənistanın İctimai Radiosunda səhər 8-dən axşam 9-a qədər birbaşa efir təşkil olunub. Seçki məntəqələrindən mütəmadi canlı bağlantılar, Mərkəzi Seçki Komissiyasının yenilənən məlumatları, müşahidəçilərin hesabatları, ekspertlərin şərhləri olacaq. Həmçinin dinləyicilərin studiyaya zəngləri də planlaşdırılıb.
Yerevanda İctimai Radionu FM 107.7 tezliyində, internetdə isəburadan dinləmək olar.
Seçkilərin gedişatını bütün seçki məntəqələrindəki canlı bağlantı sayəsindəburadan izləmək mümkündür.
Bu seçkilərdə seçicilər ilk dəfə tam başqa sistemlə səs verəcəklər. Ekspertlərin fikrincə, bu səsvermə prosedurası nəinki aydın deyil və qarışıqdır, həm də hədsiz mürəkkəbləşdirilib.
Seçkilərdə 5 partiya və 4 blok iştirak edir, ümumilikdə 1500 namizəd var, onların təqribən üçdə biri qadınlardır. 2015-ci il 6 dekabr referendumunda Konstitusiyaya edilən dəyişikliklərə əsasən Milli Məclisilk dəfə yalnızca proporsional sistemlə seçiləcək.
Əsas hakimiyyət səlahiyyətləri yeni Milli Məslisə veriləcək, çünki Ermənistan yarı-prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçir.
Gələcək parlament ən azı 101 deputatdan ibarət olacaq. Burada stabil çoxluq zəmanəti verilir, səslərin 54 və daha artıq faizini toplamış siyasi qüvvə çoxluq olacaq. Əgər seçkilərdə iştirak edən heç bir siyasi qüvvə lazım olan faizi toplaya bilməsə, ikinci tur baş tutacaq.
İkinci turda birinci turdan keçmiş bloklarda birləşən siyasi qüvvələr iştirak edə biləcək: partiyalar üçün keçid baryeri 5 faiz, bloklar üçünsə 7 faizdir. Dörd mandat ən çoxsaylı milli azlıqlara ayrılacaq. Bunlar yezidlər, ruslar, assuriyalılar və kürdlərdir.
Yeni parlament 7 il müddətinə ölkə prezidentini seçəcək, prezident isə bu seçkilərdə 54 faiz səs toplamış partiya və blokun namizədi olan baş naziri təyin edəcək.