Ermənistanda 8 mart Beynəlxalq Qadınlar Günündən başlayan “qadın ayı” Analıq və Gözəllik Bayramı ilə başa çatır. Ölkə sakinləri bu günü zarafatla və ciddi belə adlandırırlar.
1995-ci ildən bu kilsə bayramı dövlət bayramları siyahısına daxil edilib. Aprelin 7-də Erməni Apostol Kilsəsi Müqəddəs Məryəm Blaqoveşşeniya bayramını (Cəbrayılın bakirə Məryəmə İsa Məsihin doğulması haqda xəbəri gətirməsi) qeyd edir, bütün erməni kilsələrində analara xeyir-dua verilməsi ayini həyata keçirilir.
Yerevan meriyası adətən olduğu kimi gözəl cinsin nümayəndələrinə sürprizlər hazırlayıb. Bu sürprizlər paytaxta təşrif buyuran qadınları və qızları da “Zvartnots” aeroportunda gözləyir. Səhər tezdən onları gül və açıqcalarla qarşılayırlar.
Gün ərzində Yerevan küçələrində və paytaxt metropolitenində qadınları müxtəlif sürprizlər gözləyir. Yerevanın mərkəzində, Azadlıq Meydanında avto-moto şou təşkil olunub, Şimal prospektində axşam sevimli ulduzların iştirakı ilə konsert baş tutacaq, Şarl Aznavur Meydanında da bayramla əlaqədar qala-konsert olacaq.
Məhz bu gün axşam Yerevanın əsas meydanında paytaxtın ən görməli yerinə çevrilmiş musiqili fəvvarənin açılışı baş tutacaq.
Analıq və Gözəllik Günü ilə əlaqədar bayram tədbirləri ölkənin bütün regionlarında da keçirilir.