Brüsseldə partlayışlar
Brüsselin hava limanında çərşənbə günü səhər iki partlayış törədilib; bir qədər sonra bir ölü və bir neçə yaralı haqqında məlumat verildi.
Belçikanın daxili işlər naziri Jan Jambon bildirib ki, Belçikada terror təhlükəsinin ən yüksək dərəcəsi elan edilib; ehtimal edilir ki, bu, partlayışlardan əvvəl ərəb dilildə eşidilən qışqırıqlarla bağlıdır.
Yerli media on nəfərin həlak olduğunu yazır.
Dörd gün bundan əvvəl Brüsseldə Parisdə törədilən terror aktında iştirakda şübhəli bilinən şəxs saxlanılıb, həmin hadisə nəticəsində 130 nəfər həlak olmuşdu.
Dərc olunub 22.03.2016