Britaniya parlamenti Aİ-dən çıxışa başlamağın lehinə səs verib
Paylaşmaq
Paylaşmaq
Britaniya Parlamentinin İcmalar Palatası ilk oxunuşda ölkənin Avropa İttifaqından çıxış nizamı haqda Lissabon Sazişinin 50-ci maddəsinin qüvvəyə minməsini təsdiqləyib. Parlamentdəki iki günlük debatlardan sonra qanun layihəsinin lehinə 498, əleyhinə isə 114 deputat səs verib.
“Əleyhinə səs verənlər Şotlandiya Milli Partiyası və Liberal Demokrat Partiyası təmsilçiləri, həmçinin öz partiyalarının mövqeyinə qarşı çıxan 47 nəfər leyborist və bir nəfər mühafizəkar olub”, – BBC xəbər verir.
Müzakirələrin gedişatında Böyük Britaniyanın Avropa İttifaqından çıxışı məsələləri üzrə naziri Devid Devis deputatlara xatırladıb ki, onlar qanun layihəsini təsdiqləməsələr xalqın iradısinə qarşı çıxmış olacaqlar.
Qanun layihəsinin daha ətraflı müzakirə ediləcəyi ikinci oxunuşu fevralın 6-a təyin edilib.
Ölkənin Aİ-dən çıxışı ilə bağlı Brüssellə danışıqların formal olaraq başlanması üçün hökumətin parlamentin təsdiqini alması tələb olunduğu haqda Ali Məhkəmənin verdiyi qərardan sonra qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.
Baş nazir Tereza Mey daha əvvəl bildirmişdi ki, Britaniyanın çıxışı haqda Avropa Birliyinə rəsmən bildirmək və bununla da 2017-ci ilin martına qədər 50-ci maddə üzrə proseduranı başlatmaq niyyətində olduğunu bəyan etmişdi. Həmin maddə çıxış şərtləri ilə bağlı danışıqlar üçün iki il vaxt nəzərdə tutur.
2016-cı il iyun referendumu zamanı Britaniyanın əksər əhalisi (51,9 faiz) ölkənin Aİ-dən çıxışının lehinə səs verib.