Böyük Britaniya hökuməti Çeçenistanın LGBT birliyinə yardım edəcək
Paylaşmaq
Paylaşmaq
Baş nazir Tereza Mey parlament üzvlərinin sorğusuna cavab verərkən bildirib ki, hökumət Çeçenistanda LGBT nümayəndələrinin təqib olunması haqda xəbərlərdən narahatdır.
London LGBT təmsilçilərinin haqları ilə bağlı məsələni mütəmadi olaraq Rusiya ilə danışıqlarda qaldırır. Vaxtilə həddi-buluğa çatmayanlar arasında qeyri-ənənəvi münasibətlərin təbliğini qadağan edən qanunun qəbul edilməsi narahatlıq doğurmuşdu. İndi isə Böyük Britaniya Çeçenistandan gələn xəbərlərdən narahatdır, KİV-in məlumatına görə, cinsi azlıqlara qarşı repressiyalar başlayıb.
Britaniyanın baş naziri bildirir ki, hakimiyyət Qafqaz regionunda lesbiyan, gey, biseksual və transseksualların birliklərini ən effektiv necə dəstəkləmək mümkün olduğunu müəyyənləşdirmək üçün təcili tədbirlər görür. Tereza Mey Çeçenistan Respublikasında vəziyyət dəyişməzsə, Rusiyada xarici diplomatların birgə demarşını istisna etməyib, – Independent qəzeti yazır.
May ayında Almaniya kansleri Vladimir Putindən Çeçenistanda geylərin təqib olunması ilə bağlı məsələyə müdaxilə etməsini xahiş edib. Öz növbəsində respublika rəhbərliyi qanunsuz həbslərlə bağlı bütün ittihamları rədd edib.