LGBT fərdlərinin bütün dünyada qeyd olunan “prayd ayı” başa çatmaq üzrədir. Maraqlıdır ki, bu ay başlayandan Azərbaycanda cinsi oriyentasiyasına və zahiri görkəminə görə insanlara hücumların sayı çoxalıb.
Herman Turan Cavadzadə JAMnews-a müsahibəsində bildirib ki, ona qarşı gecə vaxtı Bakının mərkəzindəki küçələrdən birində fiziki zor tətbiq olunub. Onun sözlərinə görə, bundan sonra günlərdə dostları da oxşar hücumlara məruz qalıb.