BMT-nin İnsan Haqları Şurasının qətnaməsində Abxaziya və CO-da insan haqlarının vəziyyətilə bağlı narahatlıq ifadə olunub
BMT-nin İnsan Haqları Şurası 34-cü sessiya çərçivəsində “Gürcüstanla əməkdaşlıq” qətnaməsi qəbul edib ki, bu sənəddə də Abxaziya və Cənubi Osetiyada insan haqlarının vəziyyəti və humanitar durumla bağlı narahatlıq ifadə olunub.
Qətnamədə o da deyilir ki, yerli əhali elementar haqlardan, o cümlədən azad hərəkət, doğma dildə təhsil almaq və tibbi xidmət hüququndan məhrum olur. BMT-nin İnsan Haqları Şurası tələb edib ki, BMT İnsan Haqları və digər beynəlxalq insan haqları mexanizmləri üzrə Ali Komissarlığın nümayəndələrinin Abxaziya və Cənubi Osetiyaya girişinə dərhal şərait yaradılsın.
Qətnaməyə əsasən, Şura BMT-nin İnsan Haqları üzrə Ali Komissarına tapşırılıb ki, Gürcüstana texniki kömək davam etdirilsin və növbəti sessiyalarda Abxaziya və CO-da insan haqlarının vəziyyəti haqda hesabat təqdim edilsin. Qətnamə layihəsinin lehinə 47 Şura üzvündən 18-i səs verib. 5 nümayəndə əleyhinə, 24 nəfər isə bitərəf olub.
Gürcüstan XİN-i bəyanatında bildirib ki, bu, BMT İnsan Haqları Şurasının Gürcüstan üzrə qəbul etdiyi ilk qətnamədir. Öz növbəsində Rusiya XİN-i qeyd edib ki, Gürcüstan tərəfindən təqdim olunan qətnamə layihəsi “açıq-aşkar siyasiləşdirilib, Abxaziya, Cənubi Osetiya və Rusiyaya qarşı yönəlib”.