Bizə çörək lazım deyil, əyləncə verin
Bəzən Qafqaz siyasətçilərinə qulaq asanda düşünürsən ki, uşaqlıqda onların hər biri Arkadiy Raykin olmağı arzulayırdı. Yaş ötdükcə görünür, zəmanəmizdə kütləvi tamaşaçıya aparan ən qısa yolun səhnədən keçmədiyini, düppədüz siyasi tribunaya apardığını anlayan potensial yumor ustaları siyasətçilərə çevrildilər.
Yeni ilin əvvəli ciddi şeyləri təbəssümlə xatırlamaq üçün ən münasib vaxtdır.
Onlar həmişə bizimlədir, biz də həmişə onlarlayıq. Hər halda bu, Ermənistanda belədir.
– Mən bu gün burada sizin yanınızda durmuşam və mən bu gün sevinirəm ki, bu gün burada sizinlə durmuşam. (iri erməni sahibkarı Qaqik Tsarukyan mitinqdə çıxış edərkən).
Qaqik Sarukyan
Düzdür, artıq suallar verilməsə daha yaxşı olar. Misal üçün, abxaz siyasətçiləri onları heç sevmirlər.
– Əvvəlcədən cavabı bilmirsənsə, niyə sual verirsən? (keçmiş baş nazir, indi isə müxalifət liderlərindən biri olan Anri Cerqeniya).
Anri Cergeniya
– Niyə yersiz suallar verirsən? (jurnalist Izida Çaniyanın suallarından cana doyan parlament deputatı Sergey Şamba).
Serqey Şamba
Azərbaycan siyasətçiləri eynən onların abxaz kolleqaları kimi “artıq sualları o qədər də sevmirlər, bununla belə cavab verirlər.
– Sənə nə? Sənin nəyinə lazımdır? Mənim şirkətimdir. Elə də yaz. (Baş nazirin müavini Abid Şərifov binalardakı keyfiyyətsiz üzlüklərin dəyişdirilməsi ilə məşğul olan şirkərin kimə məxsus olması ilə bağlı sualı cavablandırarkən).
Аbid Şərifov
Əslində, nə fərqi var kimin şirkəti podryadı mənimsəyib, əsası ədəb qaydalarına riayət etməkdir.
Bax, hakim “Gürcü arzusu koalisiyasından olan deputat, kino rejissoru Soso Djaçvliani Gürcüstan parlamentinin iclasında EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı) abbreviaturasının ingilis dilində tələffüzünü fahişəxana ilə səhv saldı və səmimiyyətlə etiraf etdi: “Heç vaxt “idiarda getməmişəm, elə fahişələrin yanına də.
Soso Caçvliani
Ümumiyyətlə, indi paltara görə həm qarşılayır, həm də yola salırlar. Zəmanəmizdə dress-koda indi hamı riayət etməlidir, həm siyasətçilər, həm də elektorat.
“Şortik geyinən kişiləri fitə basmaq, onları saxlayıb lağa qoyub, qıçasına “kislota tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin (Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev).
Hafiz Hacıyev
Bu da kifayət etməsə, cəza çox sərt olmalıdır, hər halda Yerevanda belə hesab edirlər.
– Düşünürəm ki, ölüm hökmü ömürlük olmalıdır. (parlament spikeri Qalust Saakyan).
Qalust Saakyan
Etiraf etmək lazımdır, son zamanlar xalq lap cızığından çıxıb. Stalinin yeri əməlli-başlı görünür.
“Tezliklə Stalinin portretini Gürcüstanın bütün iş otaqlarından asacaqlar. Çünki o dahi şəxsiyyət olub. Bu insan böyük yaxşılıq edib və bütün dünya onu XX əsrin böyük şəxsiyyəti hesab edir. Bu insan Gürcüstanın simvolu olub, – hakim “Gürcü arzusu koalisiyasından olan deputat Qoqi Topadze bildirdi.
Qoqi Topadze
[YoutubeVideo_97c499c6848d45b98a370c604958bb94]
Portretlər asılandan sonra xoşbəxt həyat haqqında arzulara da dalmaq olacaq.
“Abxaziyanın ərazisində böyük şirin su bulağı var. Biz Krımın ərazisində zavod tikmək istərdik. Biz bura tankerlərlə su gətirməyi təklif edirik, siz də onu şüşələrə doldurub, bütün dünyaya satarsız, – Abxaziyanın baş naziri Beslan Butba Krımın başçısı Sergey Aksyonovla Simferopoldakı görüşü zamanı dedi.
Beslan Butba
Onun sözlərinə görə, zavodun tikintisi hər il Krımın büdcəsinə 4 milyard dollara yaxın vergi, bundan əlavə 6 milyard dollar həcmində gəlir gətirəcək. Butbanın hesablamalarına görə, layihə doqquz aya qoyulan xərcləri ödəyəcək və onun realizəsinə cəmi onca milyard dollar sərmayə lazım olacaq. Xüsusi olaraq Butba üçün xatırladaq ki, Abxaziyanın büdcəsi 200 milyon dollardan bir az çoxdu.
Amma hələ ki, ümumi rifah olmayıb, siyasət zəhmətkeşlərini mükafatlandırmaq pis olmazdı, xüsusən də bunun razılığı artıq demək olar ki, göydən alınandan sonra.
Qurcaani şəhər şurasının (sakrebulo) üzvü Otar Sepiaşvili jurnalisitn – niyə yerli hakimiyyət orqanları yoxsullar üçün Yeni il hədiyyələrinə cəmi 10 min lari, mükafatlara isə 193 min lari xərcləyib – sualına cavab olaraq: “Bəsdir, mükafat mövzusunu qaldırdız. Mükafat normal şeydir. Mükafatların xeyir-duasını patriarxın özü verib, – deyə deputat bildirib.
Otar Sepiaşvili
[YoutubeVideo_34f231e47cae49a2a753a554e045c07a]
Niyə axı xalq belə qanmaz olub. Onlar gecə-gündüz bu xalqı düşünür, adamlar isə elə öz bildiklərini deyirlər.
– Bax, siz belə (səhv) düşünürsüz ki, xiyar da tərsinə yetişir. (Ermənistan prezidenti Serj Sarqsyan kənd sakini ilə söhbəti zamanı).
Serj Sarqsyan
Amma axı yerləri dəyişmək də olar, Ermənistanın baş naziri Ovik Abramyanın hesab etdiyi kimi, “siyasi xadim olmaq üçün böyük ağıl tələb olunmur.
Оvik Abramyan
Yekunda kiçik bir lətifə danışaq. Cənubi Osetiya parlamentinin iclası zamanı deputatlardan biri kolleqasının ona sual verməsindən hirslənərək, dedi: “Parlament müzakirə yeri deyil!.