Bazar günü, noyabrın 11-də Fransa prezidenti Makronun dəvəti ilə toplaşanlar Yelisey çöllərində Zəfər Tağının yanındakı Naməlum Əsgər məzarının önündə keçirilən müharibə qurbanlarının anım mərasimində iştirak ediblər.
100 il əvvəl məhz həmin gün – 11 noyabr 1918-ci ildə müharibə edən tərəflər arasında atəşkəs razılaşması əldə edilib.
Parisdə qonaqların sırasında ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub, BBC xəbər verir.
Təntənəli mərasimlərdə iştirak etmək üçün həmçinin Gürcüstan prezidenti xanımı ilə, Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən xanımı ilə və Azərbaycanın xarici işlər naziri də Parisə gəliblər.
Bu gün anım mərasimləri həmçinin Böyük Britaniya, ABŞ, Yeni Zelandiya, Avstraliya, Hindistan və Birinci Dünya Müharibəsində əsgərləri həlak olan digər ölkələrdə də keçirilib.