Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi şərəfinə dünya liderlərinin Parisdə görüşü
70-dən çox dünya lideri Birinci Dünya Müharibəsində həlak olanların xatirə mərasiminin keçirildiyi Parisdə toplaşıb.
Müharibə 1914-cü ildən 1918-ci ilə qədər davam edib. 9,7 milyon hərbçi və 10 milyona yaxın dinc insan bu müharibənin qurbanı olub.
•Müharibənin insanları qatilə çevirməsi haqda hekayə. Qarabağ müharibəsi
• Avqust 2008. Cənubi Osetiya ətrafında müharibə. Hər şey necə olub?
Bazar günü, noyabrın 11-də Fransa prezidenti Makronun dəvəti ilə toplaşanlar Yelisey çöllərində Zəfər Tağının yanındakı Naməlum Əsgər məzarının önündə keçirilən müharibə qurbanlarının anım mərasimində iştirak ediblər.
100 il əvvəl məhz həmin gün – 11 noyabr 1918-ci ildə müharibə edən tərəflər arasında atəşkəs razılaşması əldə edilib.
REUTERS/Dave Kaup
Parisdə qonaqların sırasında ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub, BBC xəbər verir.
Təntənəli mərasimlərdə iştirak etmək üçün həmçinin Gürcüstan prezidenti xanımı ilə, Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən xanımı ilə və Azərbaycanın xarici işlər naziri də Parisə gəliblər.
Bu gün anım mərasimləri həmçinin Böyük Britaniya, ABŞ, Yeni Zelandiya, Avstraliya, Hindistan və Birinci Dünya Müharibəsində əsgərləri həlak olan digər ölkələrdə də keçirilib.