Bir yaşlı uşaqları bağçaya göndərəcəklər – Azərbaycan parlamentarilərinin təklifi
Əvvəllər uşaqları “Təhsil haqqında” qanuna əsasən uşaq bağçalarına üç yaşdan götürürdülər, hazırda Milli Məclisin Elm və Təhsil Üzrə Komitəsi bir yaşlı uşaqları qəbul etməyi təklif edir. Bunun üçün də qanuna dəyişikliklər ediləcək.
Uşağı Azərbaycanda özəl bağçaya vermək orta hesabla 300 manatdan 600 manata qədər başa gəlir. Dövlət bağçaları həmişə “pulsuz” olub, indi də büdcədən maliyyələşir, amma adətən valideynlərdən simvolik 20-50 manat məbləğində pul götürürlər. Belə çıxır ki, indi gənc analar bu “ucuz” variantdan iki il tez istifadə edə biləcəklər.
Təklifin xeyrinə komitə nümayəndələri aşağıdakı arqumentləri gətirir:
[yes_list]
- gənc analar daha tez işə çıxa və ailə büdcəsinə “öz töhfəsini verə biləcək”;
- erkən sosiallaşma uşaqların xeyrinədir;
[/yes_list]
Uşaq hüquqlarının müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, bu yenilik daha tez işə başlamaq istəyən tənha anaların xeyrinə olacaq. Digər tərəfdən, bunun mənfi tərəfləri də ola bilər:
“Məktəblərdə və məktəbəqədər müəssisələrdə psixoloji və fiziki zorakılıq var. Biz bu mütəxəssis deyilən adamların 10 aylıq, bir yaşlı uşaqlarla necə davranacaqlarını bilmirik. Biz əvvəlcə xüsusi dərslər keçməli, peşəkarlığı artırmalı və artıq bundan sonra bu cür layihələri reallaşdırmalıyıq”, – Kəmalə Ağazadə“Zerkalo” qəzetinə müsahibəsində deyib.
Sosial şəbəkələrdə parlamentarilərin təkliflərinə müxtəlif cür reaksiya verilib: kimsə bunu problemin həlli sayır, kimsə bunda insanları daha çox işləməyə məcbur etmək istəyi görür. Şərhlərdən nümunələr:
“Belə balaca uşağı bağçaya vermək qorxuludur, mən risk etməzdim. Artıq yaxşı danışan uşağı vermək lazımdır. Tərbiyəçilər onu bağçada incidəndə şikayət edə bilsin”.
“Başa düşmürəm, niyə hamı bu qədər narazıdır? Bəs işləməli olan, maddi cəhətdən təmin edən əri olmayan qadınlar nə etsin? Əlbəttə, dövlət elə bir şəraitlə təmin etməlidir ki, işləməli olan qadınlar işləyə bilsin. Amerikada bağça altı həftəliyindən başlayır. Onların immunitetləri də daha güclü olur. Demirəm ki, bu, uşaqlar üçün lap əladır, amma əminəm ki, insanlara bu lazımdır”.
“Əksər məmurların uşaq bağçaları var!!! Bununla da müştərilərin sayı dərhal artacaq”.
“Yaxşı şeydir, amma pulsuz qəbul etmirlər axı. Rüşvət üçün 500-700 manat məbləğində birdəfəlik müavinət verərdilər heç olmasa”.
“Qızımı iki yaşından, düzdür, özəl bağçaya vermişəm. Düşünürəm ki, üç il ödənişsiz uşağa baxmaq üçün evdə oturmaq imkanı olmayan qadınlar üçün bu, yaxşı xəbərdir, özəl bağçalara alternativdir”.
«Məncə bütün bu qanunun məğzi analıq məzuniyyətinin qısaldılmasındadır».