Bir neçə həyatı özünə sığdıran ömür
Mən düşünürəm ki, insanda yaradıcılıq həvəsi dünyanı dərk etməyə başladığı gündən sonra yaranır. Yəqin ki, mən çox kiçik yaşlarımdan dünyanı dərk etməyə çalışmışam, mənim zəngin təffəkürüm, var idi. Mən olduqca həssas və küsəyən idim. Mən həyətdə tədbirlər düzəldib onun biletlərini hazırlayırdım. Daha sonra məktəbin kukla teatrı həyatımı rəngləndirdi.
Teatr – mənim yaşadığım yerdir. Başqa peşələrdən fərqli olaraq bizim işdə başqalarının həyatını, onların keçirdiyi hissləri yaşamaq mümkündür. Mən düşünürəm ki, biz yalnız teatr və kinoda rol oynamırıq, bizim hər birimizin həyatda öz missiyası, öz rolu var.
Xəyal qurmağı və heç nə etmədən yaşamağı sevmirəm. Mən işgüzar adamam və həyata realist yanaşıram. Düşünürəm ki, hansısa işin xəyalında olmaq sadəcə lüzümsuz sentimentallıqdı, bu həyata real baxmağa mane olur. Mənə elə gəlir ki, yalnız öz potensialından istifadə edə bilməyən aktyorlar bütün günü xəyallarla yaşayır.
Gəgrin iş günündən sonra yorulan yalnız beynim olur, heç vaxt fiziki cəhətdən yorulmuram. İstrahət etməyin üçün ən ideal varinr tanımadığım insanların əhatəsində olmaqdır. Emosianal yorğunluğumu atmaq istəyəndə həmişə tanımadığım insanların olduöu yerləri seçirəm.
Məni ancaq şəxsi həyatıma qarışmaq haqqı olan insanların fikri maraqlandırır. Heç bir zaman həyatıma həddindən artıq və yersiz müdaxilə olunmasına icazə vermirəm. Lakin mənim üçün insanlar vacib faktordur. Mən özündən razı şəkildə, insanların fikri ilə hesablaşmadan yaşaya bilmərəm.
Xoşbəxtlik üçün mən heç kimi gözləmirəm, bunun üçün mənim öz dünyamda olmağım mənə kifayət edir. Həyatımın hər bir dəqiqəsinin qiymətini bilməyə çalışıram. Bu qaydada yaşayıram, buna görə də mən həmişə xoşbəxtəm. Mübarizədə olan insanın şikayət etməyə və kədərlənməyə vaxtı yoxdur, çünki onun beyni yeniliklər axtarışındadır.
Doğrudur, bəzən xoşbəxt təsadüflər olur, lakin, mən düşünürəm ki, teleyimizi biz özümüz yazırıq. Hər bir insan əldə etdiklərinə layiqdir. Əgər nə vaxtsa həyatımda xoş təsadüflər olubsa da, mən onlar üçün də müəyyən işlər görmüşəm. Yaxşı ki, mən xoşbəxt ulduz altında doğulmuşam, mənim gördüyüm bütün işlər və səylər həmişə yüksək qiymətləndirilir.
Tanrıya şükür edirəm ki, Qrant Toxatyan kimi şəxsiyyətlə qarşılaşmışam və onun mənim yaradıcılığıma böyük təsiri olub. Tək deyiləm, yanımda sevdiyim adam var. Xalq artistinin yanında olmaq özü böyük məsuliyyətdir, mən bu məsluliyyəti yüksək dəyərləndirirəm. Lakin mən onu bir kişi kimi sevirəm və onun yanında olmaqdan xoşbəxtəm.
Əgər bir anlıq əlimdə imkan olsaydı insanların ürəyinə mərhəmət, sevgi salardım onların qəlbindəki kini –küdrəti yox edərdim. Niyə bəzi insanlar xoşbəxt, bəziləri bədbəxdir? Bütün bunlar düşüncələrin məhsuludur. Mən insanın beynini dəyişərdim, pisliklərin yerinə mərhəmət, sevgi və səbr qoyardım.
Luiza Nesrisyan Yerevan Dövlət Kamera Teatrının aktrisasıdır. Uzun illərdi ki, o, Ermənistanın həm teatrda, həm də kinoda ən məhşur aktrisasıdır. O, “Ən yaxşı qadın roluna görə “Artavazd 2015 premiyasına layiq görülüb.